Nazir müavini Astara rayonunda vətəndaşları qəbul edib

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Astara rayonunda həmin rayonun sakinlərini qəbul edib."Olaylar" xəbər verir ki, nazirliyin səlahiyyət dairəsinə aid vətəndaş müraciətləri dinlənilib. Müraciətlərdə əksini tapan məsələlər yerindəcə araşdırılaraq nəticəsinə uyğun tədbirlər görülüb. Sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara izahatlar verilib. Qəbuldan əvvəl bu barədə və qəbula necə yazılmaq barədə müvafiq məlumatlandırma aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31