Lavrov Zelenskinin Rusiya qoşunlarının çıxarılması tələbini qiymətləndirib

Olaylar.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna prezidenti Vladimir Zelenskinin danışıqlara başlamaq üçün fevralın 24-dən etibarən Rusiya qoşunlarının təmas xəttindən kənara çıxarılması tələblərini dəyərləndirib.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri bunu "qeyri-ciddi yanaşma" adlandırıb.

"Bu, qətiyyən ciddi yanaşma deyil, üstəlik, Ukrayna nümayəndə heyətinin özünün martın 29-da Türkiyədə irəli sürdüyü təşəbbüslərə tamamilə ziddir. Ona görə də biz gündə bir neçə dəfə belə atışma müşahidə edirik".

Sergey Lavrovun həmkarı, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşü, iyunun 8-də baş tutub. Danışıqlardan sonra iki ölkənin xarici işlər nazirləri birgə mətbuat konfransında iştirak edib və jurnalistlərin suallarını cavablandırıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31