Tailand Kralı İlham Əliyevi təbrik etdi
7 İyun 2022 15:41 SiyasətTailandın Kralı Maha Vaçiralonqkorn Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Olaylar.az xəbər verir ki, təbrik məktubunda deyilir:
"Möhtərəm cənab Prezident.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan Respublikasına və onun xalqına davamlı tərəqqi və firavanlıq arzulayıram".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31