Qazaxıstan Prezidenti Azərbaycana səfər edəcək
7 İyun 2022 10:41 SiyasətQazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin bu il Azərbaycana səfəri gözlənilir.
"APA-Economics" xəbər verir ki, bunu Qazaxıstanın əmtəə istehsalçılarının Azərbaycanda iqtisadi-ticarət missiyası və birgə biznes forumunda çıxış edən Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov deyib.
Onun sözlərinə görə, səfər zamanı bir sıra ikitərəfli sənədlərin, o cümlədən 2026-cı ilə qədər əməkdaşlığın inkişafına dair hərtərəfli proqramın imzalanması planlaşdırılır.
"Səfər çərçivəsində ticarət-iqtisadi əməkdaşlıq haqqında yeni hökumətlərarası saziş və bir sıra digər sənədlər də imzalanacaq", - deyə səfir qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31