Zakir Həsənov Türkiyəyə səfər edib
7 İyun 2022 10:20 SiyasətAzərbaycanın müdafiə naziri "Efes-2022" təlimini izləyəcək.
Müdafiə Nazirliyindən Olaylar.az-a verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə "Efes-2022" beynəlxalq təlimini izləmək üçün qardaş ölkəyə işgüzar səfər edib.
Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Türkiyə Müdafiə Sənayesi Nazirliyinin təşkil etdiyi sərgini də ziyarət edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31