Azərbaycan-Türkiyə müttəfiqliyi bölgədə sülhə xidmət edir - Ceyhun Bayramov
6 İyun 2022 14:55 SiyasətAzərbaycan-Türkiyə müttəfiqliyi, qardaşlığı bölgədə sülh və əmin-amanlığa, iqtisadi tərəqqiyə xidmət edir.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türkiyə Prezident Kitabxanasının qurulmasının 30 illiyinə həsr edilən tədbirdə deyib.
Onun sözlərinə görə, nəhəng regional layihələr, iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi nəticəsində Azərbaycanla Türkiyə enerji və logistika mərkəzlərinə çevrilib.
"Türkiyənin uğurlu inkişafı, lider dövlətə çevrilməsi Azərbaycanda hər kəsi məmnun və xoşbəxt edir", - deyə nazir əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31