Sabiq icra başçısı əfv edildi

Həbsdə olan Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmli əfv edilib.

Olaylar.az xəbər verir ki, onun adı Prezident İlham Əliyev tərəfindən imzalanan Əfv Sərəncamında yer alıb.

Xatırladaq ki, uzun müddət Rusiyada yaşayan S.Rüstəmli 2018-ci ildə Bakıya gəldikdən sonra həbs olunub. O, narkotik maddələri saxlamaqda ittiham edilib. Sonradan cinayət işinə S.Rüstəmlinin Rusiyada qeyri-qanuni sahibkarlıqla məşğul olması, gəlirlərini dövlətdən gizlətməsi ittihamları əlavə olunub.

Sabiq icra başçısı Saleh Rüstəmli əfv edildi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31