“28 May Şərqə demokartik quruluş və demokratik ənənə gətirdi”: Rəfail Becanov

"28 May Azərbaycan dövlətçiliyinin şərəfli və unudulmaz səhifəsi, istiqlal tariximizdir. Azərbaycanın müstəqilliyi ilə bağlı İstiqlal bəyannaməsi 1918-ci il may ayının 28-də Tiflisdə elan olundu. Məhəmməd Əmin Rəsulzadənin sədrliyi ilə Milli Şura yaradıldı. 28 Mayda dünyada yoxdan bir dövlət yarandı. Məhəmməd Əmin Rəsulzadənin, Fətəli xan Xoylunun, Nəsib bəy Yusifbəylinin, Əlimərdan bəy Topçubaşovun və onların silahdaşlarının illərlə apardıqları Azərbaycan davası millətə müstəqil dövlət bəxş etdi. O günə qədər bu böyük azadlıq mücahidləri millətin milli şüurunun formalaşması ilə Azərbaycanda müstəqillik və dirçəliş hərəkatının başlaması üçün böyük fədakarlıqlar etmişdilər."

Bunu Olaylar.az-a açıqlmasında "Cəbhə.info"-nun baş redaktoru Rəfail Becanov söyləyib.

Onun sözlərinə görə, Çar Rusiyasının dağılması prosesi onların bu hərəkatı daha da gücləndirməsinə təkan verdi. 

28 may günündən etibarən müstəqil dövlət olmasına baxmayaraq, Azərbaycan Milli Şurasına və hökumətinə paytaxt Bakıya gəlməyə imkan verilmirdi. Bakı və ətraf rayonlar erməni daşnakları və bolşeviklər tərəfindən işğal edilmişdi. Vəziyyətin dözülməzliyi, Bakıda, Şamaxıda, Qubada törədilən qətliamların qarşısını almaq və Bakını azad etmək üçün milli hökumət Osmanlı Türkiyəsindən kömək istədi. Nuru Paşanın komandanlığı ilə türk əsgərləri Azərbaycana köməyə göndərdi. Bakı və ətraf rayonlar etməni daşnaklarının və bolşeviklərin işğalından azad edildi. Ona görə də Xalq Cümhuriyyəti bir müddət Gəncədə fəaliyyət göstərdi. Yalnız 1918-ci ilin sentyabrında Bakı bolşevik-daşnaklardan azad edildikdən sonra Bakıya gələ bildi.

"23 ay ərzində Azərbaycan Demokratik Cümhuriyyəti millətin tarixində heç zaman  unudulmayacaq böyük işlər gördü. Şərqə demokartik quruluş və demokratik ənənə gətirdi. İlk demokratik respublikası məhz Azərbaycanda quruldu. 

Dövrünün siyasi təlatümlərinə baxmayaraq, Xalq Cümhuriyyəti 23 ay varlığını qoruyub saxlaya bildi. Bu qısa müddətdə isə böyük işlər görüldü. On illərə sığan işləri cəmi 23 aya bacarmaq Cümhuriyyət qurucularının fədakarlığı, millətin müstəqillik inamı və imanı idi. 

Xalq Cümhuriyətinin 23 aylıq qısa bir dönəm var olmasına baxmayaraq, demokratik yolla parlament seçkiləri keçirildi, Milli Ordu yaradıldı, müstəqil dövlətin pul vahidi tədavülə buraxıldı, ilk universitet yaradıldı, qadınlara seçki hüququ verildi. 

28 Mayın bizə verdiyi nemətlər bununla bitmir. Millətə müstəqillik, azad yaşamaq və müstəqil dövlət qurmaq təcrübəsi dadızdırdı. Bu fikir illərlə Azərbaycan xalqının beynindən, düşüncəsində hakim oldu. Ötən əsrin 90-cı illərində başlayan Milli Azadlıq Hərəkatıının əsas kökü bu tarixdən başlayır. 28 maya söykənib yenidən 1991-ci ildə müstəqil Azərbaycanı yarada bildik. İndiki Azərbaycan AXC-nin varisisdir. Bayrağımız da, gerbimiz də, himnimiz də Xalq Cümhuriyətinin bizə əmanətdir. Bu gün yaşayır, sabah da yaşayacaq..."

Mehriban Xəlilli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31