Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
27 May 2022 14:00 SiyasətMilli Məclis 28 may - Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib.
Olaylar.az bildirir ki, parlamentin bu gün keçirilən iclasında Milli Məclisin sədri Sahibə Qafarova təklif edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Milli Məclis adından 28 may - Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərilsin.
Deputatlar sədrin bu təklifini alqışlarla qarşılayıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31