Komitə sədri deputatın iradlarını əsassız saydı

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deputatların iradlarına cavab verib."Qanunun hər hansı müddətlərinin Konstitusiyaya zidd olduğunu qəbul etmirəm", - deyə komitə sədri bildirib. "Aksiz dərəcələrini, vergi rüsumlarını Milli Məclis müəyyən etmir. Yeni vergi növünün tətbiqini Milli Məclis qəbul edir, bu düzdür. Amma verginin dərəcələrini müəyyən etmək səlahiyyətini biz Ələt Azad İqtisadi Zonasına vermişik", - deyə Tahir Mirkişili vurğulayıb.

Xatırladaq ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib ki, Ələt Azad iqtisadi zonası" haqqında qanunda konstitusiyaya zidd müddəalar var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31