Xaricdəki bloqerlərlə mübarizə aparanlara medal verilsin- Deputat
27 May 2022 12:43 SiyasətMili Məclisin, dövlətin əleyhinə etikadan kənar ifadələr işlədən bloqerlərlə mübarizə aparanlara orden və medallar verməyi təklif edirəm". Olaylar xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov "Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə" medalın təsis edilməsi ilə bağlı məsələnin müzakirəsi zamanı deyib: "Azərbaycanın uğurlarına, ölkəmizin apardığı siyasətə qarşı çıxanlar var. Ətraf mühiti pozan, xalqın milli mədəni dəyərlərinə ziyan gətirən bloqerlər əxlaqdan kənar, etikadan kənar həm Milli Məclisin, həm də dövlətin, dövlət başçısının ünvanına fikirlər səsləndirirlər. Hesab edirəm ki, bunlara qarşı mübarizə aparan şəxsləri də ordenlər, medallar da təltif etmək lazımdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31