İraq lideri Prezident İlham Əliyevi təbrik edib

İraq Respublikasının Prezidenti Bərham Salehdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Olaylar.az bildirir ki, məktubda deyilir:

"Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu.

Azərbaycanın milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi, dost xalqınıza və ölkənizə isə tərəqqi və firavanlıq arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək, xalqlarımızın tərəqqisi və rifahı naminə ölkələrimiz arasında münasibətləri möhkəmləndirmək, dostluq və əməkdaşlıq əlaqələrini inkişaf etdirmək əzmində olduğumuzu vurğulayıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31