Tarixi uydurmalara bağlı hay sevgisi...
27 May 2022 10:02 SiyasətQismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi
Rusiya Federasiyasının paytaxtında yaşayan rejissor, prodüsser, senarist Serik Andreasyan (1984) 2022-ci ilin fevral ayında işıq üzü görən H.Əmirovun "Cənnətdə göz yaşları" romanı əsasında, II Qarabağ müharibəsinin 44 günü hay yozumlu motivlərini kino təcəssümü olan film çəkməyi planlaşdırıb. Bu "əsəri"n ingilis dilinə də tərcümə edilməsi nəzərdə tutulub.Hay sürüsünün həyasız bu canlısı utanmadan bu ilin mart ayında sayıqlayaraq "ermənistan"ı Bakı və Sumqayıt şəhərlərinə hücum edəcək gücdə görmək istədiyini dilə gətirib.
Türk-Müsəlman dünyasına və xalqına qarşı, o cümlədən Şimali Qafqazda uzun əsrlərdir ki, hay kilsəsinin apardığı mürtəce siyasət, bütün mənalarda təcavüzkar işğalçılıq niyyəti XX-XXI əsrlərdə öz bəhrəsini vermişdir. Qərbi Azərbaycanın sərhəd hüdudları tamamilə "erməni"ləşdirilmiş, Qarabağ bölgəsinin dağlıq hissəsi hay məskəninə çevrilmiş, hay kilsəsinin məkrli niyyəti səngiməyərək uydurma yalanlarına bürünərək "Həqiqət" kimi təbliğ edilməkdədir. Yad imzalarla da. Onlardan biri də qanına-ruhuna hay geni hopmuş, özünü Dağ yəhudisi və Dərbəndli kimi təqdim edən "Həmid Əmirov"dur, "hay sevgisini" yazdığı "Cənnətdə göz yaşları" romanında (Moskva ş., 2022, 340 səhifə) bildirib.
Cənubi Qafqazın kökənli xalqları kimi Türk-Müsəlman xalqları da hay kilsəsinin, hay sürüsünün qərəzli münasibətləri hədəfində qalmaqdadır. Bütün çirkin vasitələrdən və iyrənc imkanlardan istifadə etməklə.
Azərbaycan xalqının timsalında ümumiləşdirərək bədii obrazların dili və hadisələrin təhkiyəsi, II Qarabağ müharibəsinin gündəliyi ilə ifadə edilən mənzərəni "Cənnətdə göz yaşları" romanında təsfir edən "Həmid Əmirov" əsərin araya-ərsəyə gəlməsində Moskva və İrəvan şəhərlərində yaşayan məkrli haylardan dəstək aldığını, kitabın hay dilinə çevrildiyini, gələcəkdə ingiliscə dünyaya yayılacağını vurğulayır, bu işə qoşulmağından qürurlandığını müsahibələrində qeyd edib.
Hay kilsəsinin həyasız çoxsaylı təbliğat vasitələrindən biri də yuxarıda adı çəkilən (roman) nəşrdir. Bu yazı həmin nəşrin növbəti hissələrində obrazların dili ilə Azərbaycan xalqına qarşı aşağılayıcı təhqirlər, Həqiqi Tarixi Faktlara qarşı "yazıçı" uydurmaları, hay sürüsünün qocasının-cavanının, kişisinin-qadınının... qanlı əməllərinə, fitnəkar niyyətlərinə haqq qazandırılması barədədir.
Bədii obrazların dili və süjet xəttinin ardıcıllığı ilə sənədli hadisələrin şərhi həm də Azərbaycan dövlətinə və xalqına qarşı oturuşmuş hay kilsəsinin şəbəkə strukturu barədə aydın təsəvvür yaradır.
Belə ki,"roman" adlandırılan qarayaxmanın 2.1-ci bölümündə (guya Qarabağ "erməni"ləri Xəzər dənizinədək gəlib çatmışdılar, amma dünya birliyi onları durdurdu və 12 may 1994-cü ildə "sülh müqaviləsi" bağlandı) bildirilir ki, Qarabağın dağlıq hissəsinin "Ermənistan"a birləşdirilməsi uğrunda dünya "erməni"ləri mübarizə aparmışlar. Onlardan biri də Rusiya Xarici İşlər nazirliyində işləyən Aşot Esayan (Xankəndi şəhərinə Sofiya ilə birlikdə qonaq gələn Maratın atası, qoca Nunenin oğlu) olub. O, həm də M.Torez adına Moskva Dövlət Linqvistika Universitetində dərs deyib.
Hay xislətinə uyğun müəllif tərəfindən Moskva şəhərində yaşayan Cənubi Qafqaz xalqlarının nümayəndələrinə yanaşmada xüsusi üslub hiyləgərliyi aydın görünür. Marat Moskva Dövlət Universitetinin tarix fakültəsində Yaxın və Orta Şərq tarixi ixtisası üzrə təhsil alır. Onun dostluq etdiyi Elçin bu şəhərdə yaşayan və "Krokus Qrup"da çalışan bir sahibkarın oğludur, amma təhsildə maratdan geri qalır.
Əyləncəyə meyilli olan dostlardan gürcü Anzorun atası isə kriminal aləmin üzvüdür.
Mürtəce və dinsiz hay kilsəsinin təbliğatı başqa cür necə olmalıdır ki...?
Hadisələrin yozumuna görə və hay xisləti ucbatından "dünyagörüşü", "savadı", "analitik təfəkkürü" və tarixi bilgiləri ilə fərqlənən Marat "dostu" Elçinin ad günündə onların görünüşcə zənginliyi ilə seçilən evində olarkən sıxıldığını hiss edir, əhatəsində olanların (təbii ki, Azərbaycanlıların, xüsusilə, Elçinin atası Əsgər Abbasovun əmisi oğlu zabit-general Zakirin üzündə çapığı görəndə) "qaranlıq çöhrə"ləri onda xoş olmayan hisslər yaradır, sakitcə Elçinin qulağına pıçıldayır:
-Gecə kimin qabağına çıxsa onu infarkt vurar...
Elçin cavabında -hə, düz deyirsən,mən də uşaqlıqda ondan qorxurdum....deyir.
Kitabın 2.6-cı hissəsi ümüum süjet xəttinin açılması kimi səciyyələnir. Belə ki, "erməni" onu sıxan bu məclisdə xoş olmayan duyğularına rəğmən məclisdə siyasi söhbətlərə müdaxilə edir, Azərbaycanlılara Yaxın Şərq tarixini "izah", İsrail dövləti və yəhudi xalqının əski keşmişini "fakt"larla əsaslandırır, İsrail-Ərəb münasibətlərində Müsəlmanların haqsız olduqlarını "sübut" edir:
-1920-ci ildə dünyanın 52 dövlətinin qatıldığı Millətlət Liqası San-Remo şəhərində Fələstin dövləti ərazisində, İraq dövlətinin sərhədinədək İsrail dövlətinin yaranması razılığına gəlib. Amma, Böyük Britaniya orada ərəbləri yerləşdirdi, onlara havayı torpaq verdi, 1922-ci ildə isə Fələstin ərazisinin 70%-ni əmir Hüseyn Abdullahın ailəsinə bağışladı və İsrail dövlətinin əvəzinə orada 1946-cı ildə İordaniya dövləti yarandı. Yəhudilər o dövrdə çox zəif olduqları üçün müqavimət göstərə bilmədilər....
Göründüyü kimi, obrazların dili ilə də olsa, hay kilsəsi xəyanətkar xislətini biruzə verməkdən çəkinmir, guya İsrail dövlətinin və yəhudi xalqının müdafiəçisi, etibarlı müttəfiqi "erməni"lər ola bilər, hər yerdə. "Əsər"də Maratla diplomat atasının söhbətində də bu cəhət qabardılır, siyasətçinin dili ilə səslənir:
-Əgər sabah dünya düzənində sabah Ərəb dünyası hökmranlıq qazansa, İsrail dövlətinə və yəhudi xalqına arxadan zərbə vuran birinci Türkiyə və Azərbaycan olacaq...
Bu bölümdə müəllif dili ilə və obrazın (məclisdə Maratın İsrail dövləti barədə izahatından sonra) psixoloji durumu əsasında nəql edilən, hay sürüsü üçün səciyyəvi olan ümumiləşdirilmiş hadisələr "erməni" xislətinin coğrafi məkandan asılı olmayaraq keçmiş-gələcək Tarix-Zaman boyunca dəyişilməzliyinə bir daha sübutdur:
- Marat hiss etdi ki, Zakir ona baxır, üçüncü dəfə isə baxışları toqquşdu. Bu onun həyatında ən dəşhətli anlardan biri idi. Zakirin gözləri onun qəlbini doğrayacaq-sancılmış qılnıc kimiydi, amma qatil, cəllad baxışı deyildi, nə isə anlaşılmayacaq dərəcədə genetik hiss-təsir idi. Dəşhət və ölümün uzaq əski. O, qəlbinin soyuduğunu duyurdu. Həmin baxışlarda nifrət yox idi. Gözlər onu öldürmək istəyirdi, çünki özünə borc bilirdi, buna məhkum idi. Tək öldürmək yox, məhv etmək istəyirdi, qanda boğmaq niyyətliydi. Marat bunları anlayırdı, birinci dəfəydi ki, özünü erməni kimi hiss edirdi, o, qətlə yetirilən qadın və uşaqların harayını, səsini uzaqdan eşidirdi...Uzaqdan ölümün qoxusunu duyurdu...Məkan-müəllif müxtəlifliyindən asılı olmayaraq istifadə edilən janr-mövzu rəngarəngliyi və bədii üsullar düzənində hay kilsəsinin Türk-Müsəlman dünyasına qarşı nifrəti hay xisləti ilə eyni dərəcədədir.
Bu "əsər" bir daha sübutdur.Son illərdə hay sevgisinə aid nəşrlərdə əzəli hay xisləti bədii üslub yozumu ilə "həssas", "sivil örtüyə" bürünür, hay sürüsü dünyanın "ən humanist və zəkalı", eyni zamanda tarixin ağır sınaqlarından üzüağ çıxmış toplum kimi səciyyələnir, bu mənada "Həmid Əmirov" da geri qalmıb.
Eldarın ad günü məclisində Zakirin-"Bəs,Qarabağ haqqında nə düşünürsən, bu torpaq ermənilərindirmi?" sualını Marat xalis "erməni"sayaq cavablandırır:
-Baxmayaraq ki, mənim tarixi vətənim Qarabağdır, amma Moskva mənə doğma şəhərdir...
Türk-Müsəlman dünyasına və xalqına qarşı hay xislətinin (...həyasızlığının...) dəyişilməz-sağalmaz mərəz, kin-küdurət, dolu püskürən nifrət-mələz olmasına 2.7-ci hissədə yer alan Maratla atasının aralarında Xocalı soyqırımı ilə bağlı olan söhbət (Moskva şəhərində) daha bir sübutdur:
-...əsgərlər Sumqayıt şəhərindən olan qaçqınlarla birlikdə Xocalını tutdular, şəhəri tərk edən bir qrup bütünlüklə öldürüldü. Qadınlar, uşaqlare-hamısı! Bu işdə erməniləri günahkar bilirlər, amma... Bu təxribat idi, öz zülmkarlıqlarını pərdələmək üçün Azərbaycanlılar onları öldürmüşdülər. Həlak olanlar hamısı Orta Asiyadan qaçqın düşən Məhsəti-Türkləri idi. Onları ağır, işkəncəli əzabla ölsünlər deyə əvvəlcə dizlərindən yaralamışdılar, qışqırırdılar, sonra isə hamısını süngüdən keçirmişdilər. Azərbaycanın nəzarətində olduğu üçün ermənilər bunu edə bilməzdilər...
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, bu səpkili nəşrlər də daxil "əsərlər"də hay kilsəsinin hay sürüsünə beyninə yeritdiyi manifest (düşüncə və həyat tərzi) açıq şəkildə (ümumiləşdirilmiş surətlərdən biri Maratın atasının dili ilə) təbliğ edilir:
-Oğul, bir şeyi unutma, həmişə ehtiyatlı ol. Yadda saxla onlar (Türk xalqları-Q.Y.) bizim qanımıza susayıb. Əgər sənin yanında üzünə gülsə də, anaındaca məqamında sənə kürəyindən bıçaq vuracaq. Onlar qorxulu insanlardır. Ən yaxşısı onlara yaxınlaşma, onlarla heç bir iş görmə, çünki müharibə ruhlularla heç bir münasibət ola bilməz...
Dünya "erməni"liyinin "hörümçək" timsallı şəbəkəsinin mayasına hopmuş hay ruhunun 2.8 fəsildə (nef-qaz istehsalına görə dünyada 4-cü yeri tutan Fransanın "Total" kompaniyasında Maratın işə qəbul üçün müsahibə səhnəsi) təsfiri:
-...qapının üstündə "Edmon Gevorq" sözünü ötəri oxuya bildi....kompaniyanın direktorlar şurasının üzvü olan bu erməni mənşəli fransız Rusiya Federasiyasında işçilərin qəbuluna məsul şəxs idi... Maratın Şuşa şəhərində ("Şuşi" yazılıb-Q.Y.) doğulduğunu bilirdi...Akop Gürcünyanı (1881-1948, Şuşa şəhərində doğulan, Parisdə ölən heykəltaraş-Q.Y.) tanıyırsanmı?... sənin 8 namizəd arasında üstünlüyün daha çoxdur, çünki, sən ermənisən...sən bu ad ilə fəxr etməlisən...
Əlavə o da bildirilir ki, E.Gevorqun ailəsi 1915-ci ildə Fransaya Osmanlı Türkiyəsinin Qars vilayətindən köçmüşdür...
Həm də əlavə şərhə ehtiyac yoxdur...
(ardı var)