Azərbaycanla İsrail arasında turizm sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb
30 Mart 2022 22:40 SiyasətAzərbaycanla İsrail arasında turizm sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.
Olaylar.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev "Twitter" hesabında məlumat verib.
"Bu gün israilli həmkarım Yoel Razvozovla turizm sahəsində əməkdaşlıq haqqında saziş imzaladıq. İnanıram ki, bu saziş ikitərəfli turizm əlaqələrimizin inkişafına və möhkəmlənməsinə öz töhfəsini verəcək", - Agentlik sədri qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31