Qaradağ Günəş Elektrik Stansiyasının tikintisinə qoyulan investisiyanın dəyəri açıqlanıb
15 Mart 2022 13:31 Siyasət230 meqavatt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının tikintisi layihəsinin investisiya dəyəri 225 milyon dollar təşkil edir.
Olaylar.az bildirir ki, bunu energetika naziri Pərviz Şahbazov Azərbaycanda inşa ediləcək Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasiminə həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu vəsait "Masdar" şirkəti (BƏƏ) tərəfindən yerləşdiriləcək.
"Günəş elektrik stansiyasının istismara verilməsi Azərbaycanda elektrik enerjisi tariflərinin artması və ya azalmasına təsir göstərməyəcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31