"Türkiyə ilə iqtisadi əlaqələr yüksək səviyyədədir"
5 Mart 2022 15:17 SiyasətAzərbaycan və Türkiyə arasında iqtisadi əlaqələr yüksək səviyyədədir.
Olaylar.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, bu gün keçirilən görüş zamanı iqtisadi və enerji sahəsində əməkdaşlıq məsələləri də müzakirə olundu.
"Azərbaycanla Türkiyə arasında ticarət dövriyəsi 12 faiz artaraq 5 milyard dollara yaxındır. Ancaq potensial bundan daha böyükdur. Növbəti illərdə bir daha böyük rəqəmlərin şahidi olacaqğıq" deyə nazir bildirib.
Ötən ay Şuşa bəyannaməsi parlamentlərimiz tərəfindən də təsdiq edildi. Azərbaycan və Türkiyə təbbi müttəfiqdir. Ancaq bu bəyannamə müttəfiqliyimizin xalqlarımız tərəfindən də dəstəkləndiyinin göstəricisidir.
O qeyd edib ki, bu bayannmə iki qarda ölkə arasında çoxlu sayda sahələri əhatə edir.