Mixeil Saakaşvili aclıq aksiyasını dayandırdı
11 Noyabr 2021 20:43 SiyasətGürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili aclıq aksiyasını dayandırmaq barədə qərar qəbul edib.
Olaylar.az report.az-a istinadən xəbər verir ki, bu barədə onun vəkili Nika Qvaramiya jurnalistlərə məlumat verib.
Onun sözlərinə görə, sabiq dövlət başçısı Strasburq məhkəməsinin qərarını nəzərə alıb.
Qeyd edək ki, M.Saakaşvili Tbilisidə oktyabrın 1-də saxlanılıb. O, həmin gündən aclıq aksiyası keçirirdi. Siyasətçi noyabrın 8-də Tbilisidəki 18 saylı Qldani cəzaçəkmə müəssisəsinin xəstəxanasına köçürülüb.
Avropa İnsan Hüquqları Məhkəməsi qəbul etdiyi qərarda M.Saakaşvilini aclıq aksiyasını dayandırmağa çağırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31