Gürcüstanın baş naziri Azərbaycana gəlir

Sentyabrın 29-da Gürcüstanın baş naziri İrakli Qaribaşvili Azərbaycana səfər edəcək.

Olaylar.az  bildirir ki, bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyindən bildiriblər.

Qeyd olunub ki, İ.Qaribaşvili birgünlük səfəri çərçivəsində Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasınn iclasında iştirak edəcək.

Bundan başqa, onun baş nazir, parlamentin spikeri və digər rəsmi şəxslərlə görüşləri gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31