Çavuşoğlunun "Krım Ukraynadır" sözlərinə Kremldən münasibət

Kremlin sözçüsü Dmitri Peskov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun  “Krım Ukraynadır” açıqlamasına münasibət bildirib

Kremlin sözçüsü Dmitri Peskov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun  "Krım Ukraynadır" açıqlamasına münasibət bildirib.

Ölkə.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Peskov Rusiyanın Türkiyəyə və başqa ölkələrə Krımla bağlı real vəziyyəti çatdırmaq məsələsində səbri olduğunu bildirib. O, Rusiya- Türkiyə münasibətlərinin partnyorluq münasibətləri olduğunu və ticari-iqtisadi və investisiya əməkdaşlığına söykəndiyini vurğulayıb:

İranda “Azərbaycan dili lüğəti” çap olunub

"Lakin bu münasibətlərdə əhəmiyyətli fikir ayrılıqları olmadığı mənasına gəlmir. Vacib fikir ayrılıqlarından biri də Krım mövzusu ilə bağlıdır. Türkiyəli məsləkdaşımızın bu mövqeyini qəbul etmirik və bunun tamamilə yanlış olduğunu düşünürük".

Peskov fikir ayrılıqlarının dialoq yolu ilə həll edilməsi gərəkdiyinə inamını ifadə edib. Kreml sözçüsü söyləyib ki, Krımla bağlı real vəziyyəti izah etməyə hazırdır.

Qeyd edək ki, M.Çavuşoğlu bundan əvvəl Ukraynanın ərazi bütövlüyünü tanıdıqlarını deyib və o, Krımın qanunsuz işğalını heç vaxt tanımayacaqlarını deyib. O, həmçinin "Krım" Ukraynadır ifadəsini işlədib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31