“Lavrov özünü qondarma rejimin təmsilçisi kimi aparır”- Politoloq

“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Beynəlxalq Avtomobil Daşıyıcıları Birliyinə Qarabağda iş imkanlarını nəzərdən keçirməyi təklif etməsi, Kremlin yanlış siyasətidir.

"Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Beynəlxalq Avtomobil Daşıyıcıları Birliyinə Qarabağda iş imkanlarını nəzərdən keçirməyi təklif etməsi, Kremlin yanlış siyasətidir. İlk növbədə Azərbaycan Qarabağa beynəlxalq təşkilatları dəvət edə bilər. Azərbaycanın  razılığı olamdan Qarabağda Rusiya sülhməramlı qüvvələrin məsuliyyət zonasında Rusiyanın hər-hansı bir şirkəti dəvət etməsi Azərbaycanın suverneliyinə təhdiddir". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Onun bildirdiyinə görə, göründyü kimi Rusiya Qarabağda sülhməramlı missiya əvəzinə Qarabağda ermənilərin yaşadığı ərazini "öz əyaləti" kimi istədiyi qrumu bura dəvət edir. Sergey Lavrovun bu qeydlərinə Azərbaycan XİN etiraz etməlidir: "Rusiya Azərbaycanla razılaşdırmadan və müzakirə etmədən Qarabağda istədiyi fəaliyyti həyata keçirir. Bu, sonradan ermənilərə Rusiyanın pasport verməsi ilə nəticələ bilər. Ona görə də Azərbaycan Rusiya ilə Qarabağdakı bu kimi fəaliyyətə son verilməsini tələb etməlidir. Azərbaycanın razılığı olmadan heç bir beynəlxalq şirkətin buraya dəvət edilməsi qanunsuz hesab edilməlidir. Sergey Lavrovun bu dəvəti əsasən, Qarabağda erməniləri beynəlxalq müstəvidə bir subeykt kimi tanıtdırmaqdır. Moskvanın əssas siyasəti buudur. Ümumiyyətlə Rusiyaya Qarabağdan beynəlxalq müstəvidə danışmağa icazə verilməməlidir. S. Lavrov özünü Rusiyanın deyil, qondarma rejimin təmsilçisi kimi özünü aparır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31