Azərbaycan XİN Əlcəzairə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Əlcəzairə başsağlığı verib.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Əlcəzairə başsağlığı verib.

Əlcəzairdə yanğın ölü və yaralılar var

Olaylar.az xəbər verir ki, bu barədə XİN tvitterdə paylaşım edib:

"Əlcəzairdəki meşə yanğınları və onun dağıdıcı nəticələri barədə xəbərlər bizi dərindən kədərləndirdi. Meşə yanğınlarının qurbanlarının ailələrinə başsağlığı verir və yaralıların hamısının tezliklə sağalmasını diləyirik. Bu çətin zamanda fikrimiz və dualarımız dost Əlcəzair xalqı ilədir."

Xatırladaq ki, Əlcəzairin Kabile regionundakı dağlıq ərazidə baş verən yanğın nəticəsində 42 nəfər ölüb. Onlardan 25-i sakinləri yanğından xilas etmək üçün çalışan əsgərlərdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31