İqtisadiyyatın dinamik inkişafında “Əsrin müqaviləsi”nin xüsusi rolu var- ŞƏRH/RƏY
22 Sentyabr 2020 12:49 SiyasətÜmummilli Lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış "Əsrin müqaviləsi" respublikamızın salnaməsinə yeni neft strategiyasının önəmli səhifəsi kimi yazılıb. Bu strategiya ölkəmizin bu günkü inkişafının əsasını qoyub. Bu müqavilə həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir. Bu məhz o zaman baş verdi ki, həmin dövrdə müstəqilliyini təzəcə qazanmış, Azərbaycan əldə olunmuş müstəqilliyini itirmək təhlükəsində idi. Bakı şəhər Nəsimi rayon sakini Rahib Hacıyev qeyd edib ki, həmin vaxtlarda Azərbaycana rəhbərlik edən şəxslərin səriştəsizliyi, hakimiyyət ugrunda ayrı-ayrı qrupların çəkişməsi, torpaqlarımızın 20 %-nin itirilməsi ilə nəticələndi: "Ölkə vətəndaş müharibəsi həddində idi. Separatizm, müxtəlif silahlı birləşmələrin mövcudluğu, xaos və özbaşınalıq ölkənin tamamilə dağılmasına gətirib çıxarmışdı. Məhz belə bir vəziyyətdə, dağılmış ölkəni yenidən qurmaq, onu ayağa qaldırmaq yalnız möcüzə nəticəsində mümkün olardı. Həmin möcüzə isə Heydər Əliyev oldu. Qayıtdı və özünün şah əsəri olan müasir Azərbaycanı qurub-yaratdı. Bu gün Azərbaycanın öz hesabına yaşamasında, kifayət qədər böyük valyuta ehtiyatlarının olmasında və iqtisadiyyatın dinamik şəkildə inkişafında "Əsrin müqaviləsi"nin xüsusi rolu var.
1994-cü ildə "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında" Dövlət Neft Şirkəti ilə dünyanın tanınmış neft şirkətləri arasında müqavilə imzalanıb: "Yeni neft strategiyasının gerçəkləşməsi ilə respublikamızın neft ehtiyatlarının istismarına böyük həcmdə xarici investisiya cəlb edilib. Hazırda Azərbaycandan neft və neft məhsulları dünyanın 30 ölkəsinə, qaz isə Gürcüstana, Türkiyə və digər ölkələrə nəql edilir. "Azəri-Çıraq-Günəşli" neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılıb. Bu Saziş Azərbaycan üçün daha da əlverişlidir, Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırılıb və beynəlxalq tərəfdaş şirkətlər Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəyəcək. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75 faiz təşkil edəcək. Beləliklə, ölkənin ümumi mənfəət göstəricisi 89,1 faiz təşkil edəcək ki, bu da gələcəkdə yeni strateji layihələrə başlamağa zəmin yaradacaq. Növbəti 31 il müddətində AÇG-yə 40 milyard dollardan çox sərmayə qoyulması potensialı var. Yataqdan qazın hasilatı üçün quraşdırılacaq platforma öz növünə görə nadirdir: "Belə ki, platformanı kənardan, yəni Neft daşlarında yerləşdirilən moduldan idarə etmək üçün innovativ həll yolları işlənərək hazırlanıb. Abşeron layihəsində Xəzərdə ilk dəfə boru içində boru texnologiyası tətbiq olunub: "Prezident İlham Əliyev isə "Əsrin müqaviləsi"nin imzalandığı dövrün iqtisadi və siyası vəziyyətinin mürəkkəbliyini və buna rəğmən atılan addımın əhəmiyyətini belə dəyərləndirib. "Əsrin müqaviləsi"nin Azərbaycan tarixində xüsusi yeri vardır və Azərbaycanın müstəqil ölkə kimi yaşamasında bu rol əvəzolunmazdır. O vaxt bizim nə imkanlarımız var idi, nə də vəsaitimiz. Ölkədə sənaye sahəsində hələ ki, tənəzzül yaşanırdı, iqtisadiyyat demək olar ki, çökmüşdü. Müstəqil ölkə üçün yaşamaq çox çətin idi. Müstəqilliyimiz demək olar ki, şübhə altında idi. Məhz o çətin illərdə Azərbaycana investisiyalar gətirmək, Azərbaycanı dünya birliyinə etibarlı tərəfdaş kimi təqdim etmək, xarici investorlar üçün münbit şərait yaratmaq, eyni zamanda, Azərbaycanın dövlət maraqlarını tam şəkildə qorumaq böyük siyasi təcrübə, bilik və məharət tələb edirdi. Bütün bunlar hamısı bir daha onu göstərir ki, Azərbaycan özü bu gün dünyanın inkişaf sürətinə uyğun innovativ inkişaf edir: "Azərbaycan bu gün dünyaya öz brendlərini təqdim etməklə yanaşı, elə müasir inkişaf edən Azərbaycanı da təqdim edir. Bütün bunlar ölkə rəhbərimiz cənab İlham Əliyevin xalqına və Azərbaycana dərin sevgisi və sədaqətindən irəli gələn gecəli-gündüzlü gərgin əməyinin nəticələridir ki, bu da öz növbəsində ölkəmizin gələcəyinin dayanıqlı və stabil inkişaf qarantıdır. Bunu xalqımız bilir və qiymətləndirir. Bu gün təməli qoyulan və dayaqları yerə, dənizə daha möhkəm bərkidilən hər bir layihə və görülən işlər əslində Azərbaycanın bərkidilən dayaqlarıdır".
Nəsimi rayon gənci Simranə Məmmədova qeyd edib ki, Azərbaycan Respublikasında neft sektorunun inkişafı Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır . Ulu öndərin 1994-cü ildə dünyanın ən iri 11 neft şirkəti ilə bağladığı "Əsrin müqaviləsi" ilə neft sənayemizlə birgə Azərbaycan Respublikasının iqtisadiyyatı da inkişaf etməyə başlamışdır. Bu gün isə "Əsrin müqaviləsi"nin imzalandığı ildən 26 il keçib və bu zaman ərzində bir çox kontraktlar imzalansa da Azərbaycan neft potensialına dünyada maraq azalmır, əksinə artır. Bunun da səbəbi Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti ilə əlaqəlidir: "Azərbaycan Prezidenti SOCAR-da 9 il şirkətin vitse-prezidenti kimi xarici əlaqələrə rəhbərlik etmiş və əsas kontraktların hazırlanmasında, imzalanmasında fəal rol oynamışdır. İlk kontraktın uğursuzluğuna baxmayaraq Azərbaycan tərəfinin inandırıcılığı sayəsində yeni kontrakt imzalanmış, "Total" şirkəti ilə SOCAR-ın əməkdaşlığı nəticəsində böyük qaz-kondensat yatağı aşkarlanmışdır. Abşeron qaz-kondensat yatağının yeni mərhələsi ilə Azərbaycan öz neft-qaz strategiyasında mühüm imza ataraq, neft ölkəsindən qaz ölkəsinə keçid alır. Azərbaycan bundan sonra etibarlı qaz təchizatçısı olacaqdır. "Abşeron" yatağının istifadəyə verilməsi Prezident İlham Əliyevin iradəsi ilə baş tutmuşdur. Azərbaycanın uğurlu inkişafında neftçilərin də çox böyük rolu vardır. Azərbaycanın uğurlu gələcəyi də neftçilərin peşəsindən, onların nailiyyətlərindən böyük dərəcədə asılı olacaqdır. Abşeron" yatağının həm kəşfi azərbaycanlı mütəxəssis Xoşbəxt Yusifzadə tərəfindən edilib, həm də istifadə edilən bütün qurğular Azərbaycanda istehsal olunub. Beləliklə, Azərbaycan sadəcə xammal hasilatı ilə kifayətlənmir, neft-qaz kəşfiyyatında, karbohidrogen daşıyıcıları hasilatı üçün tələb olunan texnika istehsalında da öz ənənələrini qoruyur və inkişaf etdirir. Neftçilərin əməyini əsl qəhrəmanlıq adlandırmaq olar".
Onun sözlərinə görə, bu gün TANAP xətti ilə də Türkiyəyə ixrac edilən qazın həcmi ildən-ilə artır. Əgər bir il bundan əvvəl Türkiyə bazarında Azərbaycan qazı 4-cü, 5-ci yerdə idisə, hazırda 1-ci yerdədir, bu, hər iki ölkə üçün çox mühümdür: "Bütün əldə olunan bu uğurlara Azərbaycan Respublikasının müstəqil bir dövlət kimi fəaliyyət göstərməsinin çox böyük rolu var. Müstəqillik dövrünə qədər çıxarılan neft Azərbaycan xalqının maraqlarına xidmət etmirdi. Biz o vaxt müstəqil ölkə olsaydıq, Azərbaycan dünyanın ən zəngin ölkəsinə çevrilə bilərdi. Çıxış və yazılarda Azərbaycan neft maqnatlarının, xüsusilə Hacı Zeynalabdin Tağıyevin, Muxtarovun, Əsədullayevin əldə etdikləri gəlirlərin bir hissəsini xeyriyyəçiliyə sərf etmələri xatırlanmalı, Tağıyevin azərbaycanlıların təhsil almasında, Bakının abadlaşdırılmasında rolu xüsusi olaraq vurğulanmalıdır. İkinci Dünya müharibəsi zamanı Dağıstana rəhbərlik edərkən Əziz Əliyev Şimali Qafqazın digər müsəlman xalqlarından fərqli olaraq dağıstanlıların köçürülməsinin qarşısını almışdır. Erməni mediasında Azərbaycan və Dağıstan xalqları arasında süni gərginlik yaratmaq üçün bu faktdan tez - tez istifadə olunur. Sovet vaxtında Azərbaycan qazı başqa ölkələrə nəql edilirdi,ancaq respublikanın bir çox rayonlarında qaz yox idi. Bu gün isə Azərbaycanın ən ucqar rayonları belə qaz təchizatı ilə yüksək səviyyədə təmin olunur. Həmin dövrdə Bibiheybət, Abşeron yarımadası, Sumqayıt şəhəri ekoloji fəlakəti zonası idi. Bu gün isə Sumqayıt artıq təmiz bir şəhərdir,ekoloji fəlakət zonası Balaxanı yenidən qurulub, Qara şəhər yoxdur artıq onun yerinə Ağ şəhər yaradılıb,Bibiheybət buxtasında gözəl parklar salınıb,abadlaşdırılıb. Prezident İlham Əliyevin iradəsi ilə aparılan bu abadlıq işlərində Azərbaycanın müstəqil bir dövlət olması böyük rol oynayır".
Zəka