Sosial sfera dövlət siyasətinin əsas prioritetini təşkil edir - ŞƏRH

Azərbaycan dövlətinin ali məqsədi vətəndaşının üstün rifahını təmin etməkdir

Azərbaycanda həyata keçirilən sosial siyasət hər bir vətəndaşın rifah halının yüksəlməsinə hesablanıb. Elə bu məqsədlə də ölkədə çoxsaylı sosail paket reallaşdırılır. Prezident İlham Əliyev tərəfindən irəli sürülərək təsdiq edilmiş sosial paketlərin icrasına cari ilin əvvəlindən start verilib. Bununla kifayətlənməyən dövlət başçısı ölkə vətəndaşlarının sosial durumunun maksimum həddə çatdırılması məqsədilə xeyli sayda fərman və sərəncamlar imzalayıb. Nəzərə almaq lazımdır ki, Azərbaycan dövlətinin ali məqsədi vətəndaşının üstün rifahı ilə müəyyən olunur. Millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzv İmamverdi İsmayılov bildirib ki, son illər ölkəmizdə iqtisadi münasibətlərin şəffaflaşdırılması,"kölgə iqtisadiyyatı"nın səviyyəsinin azaldılması, əmək münasibətlərinin şəffaflaşdırılması istiqamətində  mühüm tədbirlər həyata keçirilir.  Dövlət tərəfindən şəffaflığın artırılması və səmərəli nəzarət sisteminin yaradılması, eyni zamanda şəffaf iqtisadi münasibətlərin təşviq olunması istiqamətində atılmış addımlar nəticəsində bu sahədə ciddi naliyyətlər əldə olunub. Millət vəkili bildirib ki, 2020-ci ilin birinci rübündə dövlət büdcəsinə qeyri-neft sektoru üzrə daxilolmalar 21.3 faiz artaraq 1.4 milyard manatdan artıq olub.  Bununla yanaşı 2019-cu il və 2020-ci  ilin birinci rübü ərzində ümumilikdə əmək müqavilələrinin sayında 172 mindən çox artım olub. Sozsüz ki, bütün bu iqtisadi göstəricilər şəffaflığın təmin olunması istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində əldə olunub. İ.İsmayılov qeyd edib ki, pandemiya dövründə sosial dəstək paketinin ən önəmli istiqamətlərindən biri də dövlət orqanlarında və özəl sektorda iş yerlərinin qorunmasına, işçilərin əsassız yerə işdən çıxarılmamasına yönəldildi: "Eyni zamanda məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının saxlanması ilə bağlı da məqsədyönlü işlər aparıldı. Statistik məlumatlara diqqət yetirsək görərik ki, həyata keçirilmiş işlər nəticəsində mövcud iş yerləri qorunmaqla yanaşı 2020-ci ilin əvvəlindən əmək müqavilələrinin sayında 105 min nəfərlik artım oldu. Bunlardan da 94 minə, yəni 90 faizə yaxını özəl sektorun payına düşür". Millət vəkili vurğulayıb ki, pandemiya dövründə dövlət tərəfindən şəffaf iqtisadi münasibətlər çərçivəsində fəaliyyət göstərənləri iqtisadi sahələrə və əhaliyə müəyyən güzəştlər və  kompensasiya ödənişləri tətbiq olundu: "Azərbaycan Respublikası Prezidentinin cənab İlham Əliyevin sərəncamı ilə pandemiya nəticəsində zərər çəkən sahələrdə iqtisadi aktivliyin dəstəklənməsi məqsədi ilə 900 milyon manat birbaşa kompensasiya ödənişi ayrıldı. Bununla yanaşı dövlət tərindən pandemiya dövründə əhalinin məşğulluğunun təmin olunması istiqamətində mühüm addımlar atıldı. Muzdla işləyən 1 milyon 660 min şəxsin məşğulluğu təmin edildi. Pandemiya dövründə bir daha onun şahidi olduq ki, şəffaflığın təmin olunması iş yerlərinin qorunması və dövlətin bütün güzəştlərindən yararlanmaq üçün ən önəmli şərtlərdəndir. Dövlətimizin də özəl sektordan, eyni zamanda əhalidən gözləntisi budur ki, iqtisadi münasibətlər, əmək münasibətləri tam şəffaflaşdırılsın". Milli Məclisin deputatı Malik Həsənov deyib ki, Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq sosial sfera dövlət siyasətinin əsas prioriteti kimi müəyyənləşdirilib. Bunu nəzərə çatdıran Prezident İlham Əliyev "Sosial sahə daim prioritet sahə olub və mənim əvvəlki illərdə də çıxışlarımda daim bu məsələyə böyük diqqət yetirilib. Xüsusilə son müddət ərzində - keçən il və bu il sosial sahə daha da böyük prioritet kimi gündəlikdə mövcuddur. Təsadüfi deyil ki, ötən il müstəqillik dövründə ən geniş sosial paket təqdim olundu və uğurla icra edildi", - deyə bildirib. Bu  sosial paketin əhatə dairəsi çox geniş olmuşdur". M.Həsənov bildirib ki, 2019-cu ilin əvvəlindən başlayaraq iki mərhələdə reallaşdırılan böyük sosial paketdən 4 milyon 200 min insan bəhrələnib. Böyük maliyyə tutumuna malik olan sosial islahatlar çərçivəsində minimum əməkhaqqı təxminən 2 dəfə, minimum pensiya 70 faizdən çox artırılıb. Bu gün Azərbaycan minimum pensiyanın alıcılıq qabiliyyətinə görə MDB məkanında lider dövlətdir. Həmçinin əhalinin ayrı-ayrı kateqoriyalarına verilən müavinətlər əhəmiyyətli dərəcədə artırılıb - bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər isə 2 dəfə. Ötən il respublikamız yenə də liderlik keyfiyyəti nümayiş etdirərək problemli kreditlərlə bağlı məsələnin həllinə nail olub. Bütün bu kimi tədbirlər milyonlarla insanın həyat səviyyəsinin yaxşılaşmasında, gəlir imkanlarının artmasında öz əksini tapıb. May ayının 19-da Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib: "Minimum əməkhaqqı və orta əməkhaqqının, orta pensiyanın artırılması göz qabağındadır. Nəzərə alsaq ki, manatın məzənnəsi də sabitdir, insanların real gəlirləri artır, inflyasiya aşağı səviyyədədir". Onun sözlərinə görə, respublikamızda cari ildə də dərinməzmunlu sosial siyasətin ardıcıllığı təmin edilir. Bütövlükdə, 2020-ci ildə sosial sahədə görülən işlər ötən il həyata keçirilən tədbirlərin məntiqi davamıdır. Bu ilin fərqli cəhəti ondan ibarətdir ki, respublikamız pandemiya şəraitində yaşayır və öz gündəliyini də bundan irəli gələn çağırışlara uyğun müəyyənləşdirib. O cümlədən respublikamızda sosial təminatla bağlı çox ciddi, operativ və məqsədə hesablanmış addımlar atılıb. Ölkəmizdə pandemiya şəraitində kifayət qədər əhatəli olan məşğulluq və sosial rifaha dəstək proqramı reallaşdırılır: "Artıq dövlət sektorunda fəaliyyət göstərən 900 min insanın əməkhaqqı tam ödənilib, eyni zamanda, özəl sektorda çalışan təxminən 700 min insanın əməkhaqqının əhəmiyyətli hissəsinin ödənilməsi dövlət tərəfindən həyata keçirilib. Respublikamızda pandemiya şəraitində dövlətdən 190 manat məbləğində sosial yardım alan insanların sayı Prezident İlham Əliyevin təşəbbüsü ilə 200 mindən  600 minə çatdırılıb. Ölkəmizdə 80 min ailə ünvanlı sosial yardım proqramı ilə əhatə olunub və orta hesabla hər bir ailəyə ayda 220 manatdan çox vəsait ödənilir. Respublika üzrə 90 min ödənişli ictimai iş yerlərinin açılması nəzərdə tutulub. Özünüməşğulluq proqramının reallaşdırılmasında yaxşı nəticələr qazanılır. Cari ildə ölkə üzrə 12 min insanın bu proqrama qoşulması nəzərdə tutulub. Prezident İlham Əliyev ölkəmizdə pandemiya şəraitində heç bir sosial proqramın ixtisara salınmadığına diqqət çəkərək vurğulayıb: "Mən ilin əvvəlində və pandemiyanın artıq alovlanan dövründə demişəm ki, bir dənə də olsun sosial proqram ixtisar edilməyəcək və biz bunu təmin edirik. Eyni zamanda, sosial infrastruktur layihələrinin heç biri ixtisar olunmayıb. Ona görə bu sahəyə göstərilən diqqət və əməli-praktiki addımlar bir daha bizim siyasətimizin mahiyyətini göstərir. Bir də onu göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır".

Nurlan

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31