Müğənnilərin süni qalmaqalları ilə müxalifətin "çəpər davaları"

Müğənnilərin süni qalmaqalları ilə müxalifətin "çəpər davaları"

"Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərlə "Milli Şura"nın üzvü Gültəkin Hacıbəyli arasında "müavin" qalmaqalının yenidən alovlanması əsl məhəllə davasını xatırladır". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. Onun sözlərinə görə,  bunlar uzun müddətdir ki, bu məsələyə nöqtə qoyub mövzunu qapatmağı bacarmırlar: "Ya da qəsdən qapatmaq istəmirlər. Çünki gündəmdə qalmaq və özlərini real siyasətlə məşğul olurmuş kimi göstərmək üçün bu da bir ənənəvi üsuldur. Həm də əlavə piar imkanıdır. Hadisə yarada bilməyən, siyasi fikir dartışmaları üçün mövzu qıtlığı yaşayan Azərbaycan müxalifəti boş oturmamaq və yerində əsnəməmək üçün bu cür yıpranmış məsələləri bilərəkdən gündəmə gətirir, siyasi polemika görüntüsü yaratmağa çalışır. Yəni eynilə şou-biznes aləmində olduğu kimi. Müğənnilərin süni qalmaqalları ilə müxalifətin "çəpər davaları" eyni təfəkkürün "məhsul"u, oxşar ssenarinin parçasıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31