Fazil Mustafa da növbədənkənar seçkilərdə iştirak edəcək
Fazil Mustafa da növbədənkənar seçkilərdə iştirak edəcək
10 Dekabr 2019 13:47 SiyasətBu gün Böyük Quruluş Partiyası (BQP) Ali Məclisinin iclası keçirilib. Partiyanın mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, iclasda 9 fevral 2020-ci il tarixinə təyin olunan Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərdə Böyük Quruluş Partiyasının iştirakının məqsədə uyğunluğu haqqında qərar qəbul edilib. Ali Məclis üzvləri partiyanın başqanı Fazil Qəzənfər oğlu Mustafanın 26 saylı Sabunçu I Seçki Dairəsi üzrə Milli Məclisin deputatlığına namizədliyini irəli sürüblər. Məclisdə, həmçinin, 65 seçki dairəsindən deputalığa namizədlər müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31