Deputat: “Parlament islahatçı, təşəbbüskar olmaqla islahatlar prosesinə töhfə verməlidir”

Deputat: “Parlament islahatçı, təşəbbüskar olmaqla islahatlar prosesinə töhfə verməlidir”

"Milli Məclisin buraxılması və yeni parlamentin seçilməsi günün tələbidir. Bu məsələ hörmətli Prezdentimizin rəhbərliyi altında ölkəmizdə aparılan və hər bir sferasını əhatə edən geniş islahatlar kursunun ruhuna tam uyğundur. Bu islahatlar hakimyyətin idarə formasının hər üç qanadında öz əksini tapmalıdır. İcra hakimiyyətində aparılan struktur və kadr islahatları iqtisadiyyatımıza və ümumən ölkənin inkişafına verdiyi töhfələrin şahidiyik". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Azər Badamovun sözlərinə görə, məhkəmə- hüquq sistemi də yeni ildən yeni şəkildə bu günün çağırıçlarına uyğun fəaliyyətini davam etdirəcək: "Qanunvericilik hakimiyyəti də bu proseslərdən kənarda qala bilməz. Aydın görünür ki, dövlət başçısının başladığı islahatlar dönməz, məqsədyönlüdür və əsas məram hakimiyyətin bütün qollarını bu prosesə qoşmaq, bütün resurslardan səmərəli istifadə, mövcud potensialı tam realizə etməkdir. Şübhəsiz ki, hakimiyyətin bütün qollarının novatorluğu, yenilikçi təşəbbüskarlığı və şəffaflığı həm idaəretməni sadələşdirə, həm də yeni inkişafa davamlı xarakter qazandıra bilər".

Onun sözlərinə görə, ölkəmizdə geniş vüsət almış islahatlara adekvat qanunvericilik bazası yarada bilən yeni parlamentin yaradılmasına ehtiyac var: "Düşünürəm ki, yeni yaradılacaq parlament isalahatçı, daha təşəbbüskar olmaqla islahatlar prosesinə töhfə verməli və bu prosesə qoşulmalıdır"-deyən millət vəkilinin sözlərinə görə, təmsil olunduğu YAP-ın və YAP-çı deputatların təşəbbüsünə digər siyasi partiyaları təmsil edən millət vəkillərinin  və bitərəflərin qoşulması ilə parlamentin buraxılması yönündə ölkə başçısına ünvanlanacaq müraciət hər bir kəs üçün milli və dövlət maraqlarının şəxsi maraqlardan üstün olduğunun göstəricisidir. Təşəbbüsümüz cəmiyyət tərəfindən çox yüksək səviyyədə qəbul olunur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31