“Ölkədə aparılan islahatlar müasir inkişafın yeni mərhələsidir” – Şərh
“Ölkədə aparılan islahatlar müasir inkişafın yeni mərhələsidir” – Şərh
2 Dekabr 2019 16:52 SiyasətAzərbaycanda aparılan kadr islahatlarının mərkəzində Azərbaycan vətəndaşının sosial-iqtisadi rifahının yüksəldilməsi durur. Cənab prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında Azərbaycanda aparılan islahatların mərkəzində Azərbaycan vətəndaşının durduğunu qeyd edib.
Bu fikirləri Olaylar.az-a siyasi ekspert Kənan Paşayev deyib.
"Prezident Administrasiyasında, Nazirlər Kabinetində ümumilikdə bütün idarə orqanlarında aparılan kadr islahatları yeni dövrün tələbi olaraq, müasir inkişaf tariximiz üçün çox əhəmiyyətlidir. Yeni dövrün tələblərini yalnız yeni kadrlarla ödəmək olar" - deyə, ekspert qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31