“Parlamentin yeni tərkibi öz çevik fəaliyyəti, işgüzarlıq qabiliyyətinin artırılması ilə həyata keçirilən islahatlara öz töhfəsini verəcək”
“Parlamentin yeni tərkibi öz çevik fəaliyyəti, işgüzarlıq qabiliyyətinin artırılması ilə həyata keçirilən islahatlara öz töhfəsini verəcək”
2 Dekabr 2019 15:52 Siyasət"Parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı verilən qərar Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi islahatlara dəstək xarakteri daşıyır". Belə bir açıqlama ilə çıxış edən millət vəkili Nəsib Məhəməliyev "OLAYLAR"-a deyib ki, hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurası da məsələyə məhz bu prizmadan yanaşaraq Milli Məclis rəhbərliyinə müraciət etdi: "Hər kəsə bəllidir ki, həyatımızın müxtəlif sahələrində uğurlu islahatlar həyata keçirilir. Dövlət başçısı tərəfindən həyata keçirilən bu islahatlar sosial, iqtisadi sahə ilə yanaşı idarəetməni də əhatə edir. Əgər bütün sahələrə bu islahatlardan pay düşürsə, nə üçün qanunverici orqan bundan kənarda qalmalıdır?". Nəsib Məhəməliyev qeyd edib ki, növbədənkənar seçkilər nəticəsində formalaşan parlamentin yeni tərkibi öz çevik fəaliyyəti, işgüzarlıq qabiliyyətinin artırılması ilə həyata keçirilən islahatlara öz töhfəsini verəcək. Millət vəkili radikal siyasi düşərgənin növbədənkənar parlament seçkilərinin keçirilməsinə olan absurd yanaşması, bununla bağlı qərəzli fikirlər irəli sürməsinə də toxunub. Bildirib ki, bu radikalların köhnə adətidir: "Xatirinizdədirsə, növbədənkənar prezident seçkiləri ərəfəsində də radikal siyasi düşərgə eyni hay-küyü qaldırmışdı. İddia edirdilər ki, müxalifətin seçkilərdə vahid güc mərkəzində meydana çıxacağından ehtiyat edərək növbədənkənar seçkilər təyin edilib. Tam əminliklə deyirəm ki, Azərbaycan hakimiyyətinin heç bir müxalifət qorxusu yoxdur. Təyin etdikləri aksiyalara 500 nəfərdən artıq elektorat çıxara bilməyən müxalifətdən necə qorxmaq olar? Sadəcə həmin qüvvələr parlament seçkilərində məğlub olacaqlarını indidən görüklərindən bu cür cəfəng fikirlər səsləndirir, əsassız iddialar ortaya atırlar".