“TANAP dünyada həyata keçirilən ən nəhəng iqtisadi layihələrdən biridir” – Şərh
“TANAP dünyada həyata keçirilən ən nəhəng iqtisadi layihələrdən biridir” – Şərh
2 Dekabr 2019 15:50 Siyasət"Müstəqil və iqtisadi cəhətdən güclü dövlət hər şeyə qadirdir. Ölkəmiz iqtisadi sahədə xüsusi potensiala malikdir. Respublikamız müstəqil dövlət olaraq xarici siyasət həyata keçirir. Məhz xarici siyasət daxilində iqtisadi sahə daim diqqət mərkəzindədir. Azərbaycan istər daxildə, istərsə də xaricdə beynəlxalq iqtisadi layihələrə qoşulur və bu layihələr həyata keçirilir. Bəzi layihələr isə məhz dövlətimizin rəhbərliyi və təşkilatçılığı ilə baş tutur. Bunlardan biri də TANAP layihəsidir".
Bu fikirləri Olaylar.az-a siyasi ekspert Əli Eloğlu Miriyev deyib.
O bildirib ki, TANAP ölkəmiz üçün mühüm əhəmiyyətə malikdir: "Layihə "enerjinin ipək yolu" adlanır. Layihə Qafqaz regionundan, eləcə də Xəzər dənizindən Avropaya, onun cənubuna qədər gedib çatır. TANAP layihəsi Azərbaycanın Avropaya çıxışıdır. Bununla Azərbaycan öz qazını ilk olaraq Avropaya çıxaracaqdır. Layihəyə əsasən deyə bilərik ki, Azərbaycan iqtisadi güclərini Avropaya qədər genişləndirəcək, Türkiyə və Avropa təbii qazla təmin olunacaqdır. Layihə ilə bağlı müxtəlif ölkələr arasında müqavilələr bağlanmışdır. Layihənin boru kəmərinin başlanğıcının Gürcüstandan başlaması, Türkiyədən keçməsi ölkəmizlə XXI əsrin başlanğıcında bağlanmış müqavilələrə əsaslanır və dostluq münasibətlərinin daha da genişlənməsinə təsir edəcəkdir".
Ekspert qeyd edib ki, layihə 20 illik müddətinə bağlanmışdır. Hər hansı bir momerandum, müqavilə və ya layihənin uzunmüddətli olması onun beynəlxalq qanunvericiliyə uyğun olaraq təhlükəsizliyindən, keyfiyyət xarakterindən xəbər verir: "Layihənin həyata keçirilməsi sülh məsələlərinin gücləndirilməsi, təhlükəsizliyin gücləndirilməsinə də əsaslanır. TANAP ölkəmiz üçün XXI əsr müqaviləsidir. Layihə həm iqtisadi güclərin artmasına, həm təhlükəsizlik, həm də sülh proseslərinin güclənməsinə də əsaslanır. Layihənin Türkiyə üçün böyük əhəmiyyəti də vardır. Diqqət edərsək, qardaş ölkə qaz ehtiyatının 85%-ni xaricdən almaqdadır. Bu qazın çox hissəsini, yəni 30 milyard metrkubunu Rusiyadan almaqdadır. Bundan əlavə 6.6 milyard metrkubu Azərbaycanın, 10 milyard metrkubu İranın üzərinə düşür. TANAP ilk olaraq 16 milyard, sonra isə 31 milyard metrkub qaz ediləcəkdir. Məhz bunun bir çox qismi Türkiyəyə də şamil ediləcək. Türkiyə bununla Avropanın yeni qaz paylaşma mərkəzinə çevriləcəkdir".