Əli Hüseynli: “Parlamentin buraxılması xalqın etimadını yenidən qazanmaq niyyətindən irəli gəlir”
Əli Hüseynli: “Parlamentin buraxılması xalqın etimadını yenidən qazanmaq niyyətindən irəli gəlir”
2 Dekabr 2019 14:16 Siyasət"2016-cı ildə keçirilən referendum və bu zaman Konstitusiyaya edilən əlavə, dəyişikliklər bu gün həyata keçirilməsi nəzərdə tutulan işlər üçün ciddi bir konstitusion baza roludur. Konstitusiyanın 98-ci maddəsi parlamentin buraxılması məsələsini həll etmiş olur. Xüsusi vurğulamaq istəyirəm ki, 2018-ci ildə növbədənkənar prezident seçkiləri keçirildi. Ölkə başçısı İlham Əliyev yenidən xalqın mandatını almış oldu. Ölkədə tam müasir və dünya stabdartlarına cavab verən keyfiyyətcə yeni islahatlar başlandı. Bu islahatlar mərkəzi və icra hakimiyyəti orqanlarını məhkəmə hakimiyyətini əhatə etmiş oldu".
"Olaylar" xəbər verir ki, bunu Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib. Ə.Hüseynli bildirib ki, bu illər ərzində parlament də öz fəaliyyətində Prezidentin islahatlarına dəstək verib: "Bununla yanaşı, parlamentin fəaliyyətinin də təkmilləşdirilməsi, daha da mükəmməlləşdirilməsi ilə bağlı cəmiyyətin də düşüncələri var. Bu baxımdan Yeni Azərbaycan Partiyasının parlamentin buraxılması ilə bağlı müraciəti əslində xalqın etimadını yenidən qazanmaq niyyətindən irəli gəlir. Bu, eyni zamanda YAP-ın xüsusi siyasi mədəniyyətini göstərir".