“Azərbaycan mühüm enerji idxalçısı kimi artan rolunu daha da möhkəmlədəcək” – Şərh

“Azərbaycan mühüm enerji idxalçısı kimi artan rolunu daha da möhkəmlədəcək” – Şərh

"TANAP qaz kəmərinin açılışı ölkəmizlə yanaşı eyni zamanda qardaş Türkiyə üçün də mühüm tarixi əhəmiyyətə malikdir. Qaz kəmərinin açılışından sonra Azərbaycan və Türkiyənin Avropanın enerji təhlükəsizliyi məsələsində rolu əhəmiyyətli dərəcədə artacaq".

Bu fikirləri Olaylar.az-a siyasi ekspert Kənan Paşayev deyib.

O bildirib ki, ölkəmiz dünya bazarlarında mühüm enerji idxalçısı kimi artan rolunu daha da möhkəmlədəcək: "Bundan əlavə Avropaya qaz satışının başlanması il ərzində dövlət büdcəmizə yüz milyonlarla dollar vəsait axınını təmin edəcək. Bu həm də dünya birjasında Azərbaycan manatının möhkəmlənməsi üçün xüsusi əhəmiyyətə malikdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31