Radikal müxalifət düşərgəsində müqəddəs dəyərlər deqredasiyaya uğrayıb - SİYASƏT

Radikal müxalifət düşərgəsində müqəddəs dəyərlər deqredasiyaya uğrayıb-ŞƏRH

Azərbaycanın qazandığı uğurların miqyası artdıqca antiazərbaycançı şəbəkənin qəddi daha çox əyilir, müvəffəqiyyətsizliyindən doğan əsəbi daha çox tarıma çəkilir. Bundan narahat olanlar təkcə həmin şəbəkə yox, həm də müxtəlif maddi təkliflər, vədlər müqabilində Azərbaycanda "siyasi təşkilat", "hüquq müdafiəçisi" adı ilə fəaliyyət göstərib, əslində isə bu antimilli şəbəkənin xidmətində duranlardır. Belələrinin dövlət, dövlətçilik, milli maraqların əleyhinə yönələn mövqeyinə ən tutarlı cavab elə həmişə xalq tərəfindən gəlib. Elə də böyük zaman kəsiyini əhatə etməyən yeni müstəqillik tariximizə nəzər yetirdikdə bunun real mənzərəsini aydın nümayiş etdirən, bir çoxumuzun canlı şahidi olduğu xeyli faktlar görmək mümkündür. Lakin bütün cəhdlərə baxmayaraq radikal müxalifətin ictimai təhlükəsizliyi pozmaq cəhdləri, şübhəsiz ki, həmin asayişin keşiyində ləyaqətlə dayanan müvafiq dövlət strukturları, o cümlədən xalq tərəfindən qətiyyətlə alınacaq. Etiraf edilməlidir ki, Vətənini, dövlətini sevən xalq hər cür xaos və anarxiya daşıyıcılarının məkrli niyyətlərinə qarşı etibarlı sipərdir.

Vəkil Rövşən Qasımov qeyd edib ki, əksəriyyət özünü elə aparır ki, guya xalqın azadlığı üçün çalışırlar. Əslində isə həmin o insan haqları dəllallarının məqsədi bu olayı daha da körükləndirib para qazanmaq olub: "Onlar Azərbaycanın keçmişinə, gələcəyinə xəyanətkar mövqedədirlər. Şəxsi ambisiyaları naminə bütün ali dəyərləri ayaqlar altına atan bu üzdəniraq satılmışlar öz xislətlərinə sadiq qalaraq dağıdıcı, qeyri-konstruktiv əməllərini, şər-böhtanın, "qara piar"ın, ən başlıcası isə öz antimilli fəaliyyətlərinin miqyasını daha da genişləndiriblər. Mayası xəyanətlə, satqınlıqla, pozuculuqla yoğrulmuş bu siyasətbazlar, onların beş-üç nəfər əlaltıları, trolları sosial şəbəkələrdə saxta profillərlə dövlətimizə, dövlətçiliyimizə, ayrı-ayrı şəxslərə şər-böhtan, təhqir yağdırmaqla özlərini ifşa etməklə yanaşı, erməni dəyirmanına su tökdüklərini və antiazərbaycan dairələrin bir nömrəli qulluqçusu olduqlarını açıq-aşkar ortaya qoyurlar. Nə vaxta kimi sizlər millətimizin dərdini çəkmək əvəzinə Vətəni hərraca çıxarmağı özünüzə vəzifə biləcəksiniz?"

R.Qasımov qeyd edib ki, Vətən, torpaq, dil, din, millət, ana, valideyn, ailə, namus, qeyrət, şərəf, ləyaqət, mənlik kimi dəyərlər hər birimiz üçün müqəddəs dəyər sayılmalıdır: "Müqəddəs dəyər hesab etdiyimizin uğrunda çarpışmalı, onu qorumağa çalışmalıyıq. Laki bu gün radikal müxalifət cəbhəsində "qeyrət" anlayışı çox dar çərçivədə başa düşülür. Çoxları qeyrətli olmağı ancaq öz ailəsinə, yaxın adamlarına söz deyilməsinə imkan verməməkdə görür. Amma qeyrətli olmaq təkcə budurmu? Əslində isə qeyrət anlayışı çox geniş mövzudu. Bura Vətən qeyrəti, Xalq qeyrəti, dini qeyrət, ailə qeyrəti, dosda-qardaşa qarşı qeyrətli olmaq da daxildir. Bəzi radikal müxalifətçilətdə Avropa psixolgiyası o qədər üstünlük tapıb ki, onlar Vətənə qarşı qeyrətsizliyə adət kimi baxırlar. Bu isə qeyrətsizliyin ən mühüm acı nəticələrindən biridir. Əgər hər hansı bir radikal müxalifət cəbhəsində VƏTƏN namusunu, və ya dini qoruyanlara qarşı mübarizə gedirsə, deməli düşmən artıq radikal müxalifət vasitəsilə o ölkəyə daxil olmaq ərəfəsindədir.

Adətən müsəlman adətinə görə torpağı işğal altında olan ölkə müxalifətinin qeyrəti yol verməli deyildir ki, düşməninə əl verib onunula  görüşsün, və ya onunla qucaqlaşıb görüşsün və ya onunla gülə-gülə danışsın. Düşmənə imkan verilməməlidir ki, Azərbaycanı beynəlxalq aləmdə biabr etmək üçün onlardan istifadə etsinlər. Bu hal ən azı o ölkənin torpağının qorunması uğrunda canlarından keçmiş şəhidlərə ehtiramsızlıq və hörmətsizlikdir. Bu kimi hərəkətlər, azərbaycanlıların adına və nüfüzuna ləkə gətirməkdən başqa bir şey deyil. Nəzərə alaq ki, Quran və rəvayətlərdə qeyrət məsələsi ən mühüm məsələlərdən biri sayılır. Deməli, Vətən qeyrəti olan hər bir kəs vaxtı gələndə Vətənin müdafiəsinə qalxmalıdır. Amma bəzi hallarda kimlərsə əksinə ya pul, ya da ki, nəyinsə müqabilində antiAzərbaycan qüvvələrə xidmət edir və onlara yarınmağa çalışırlar".

Doğurdanmı bu gün radikal müxalifət düşərgəsində müqəddəs dəyərlər deqredasiyaya uğrayır? Radikal müxalifət təmsilçiləri torpaq, Vətən, ailə, ana, dil, millət, namus, qeyrət kimi dəyərlər uğrunda çarpışmağa onlar hazır deyil? Ümumiyyətlə, Azərbaycanda müxalifət düşərgəsində bu gün müqəddəs dəyərlər qalıbmı? R.Qasımov bildirib ki, çox təəssüflər olsun ki, sadalanan dəyərlər uğrunda çalışan müxalifətçilərin sayı da günü-gündən azalır: "Digər tərəfdən radikal müxalifət öz millətlərinə, xüsusilə radikal müxalifətin rəhbərlərinin əksəriyyəti Azərbaycan millətinə xor baxmağa başlayıb. Onların məqsələri bir cəbhədə birləşir. Azərbaycanı beynəlxalq aləmdə nifuzdan salmaq, adi cinayət hadisələrini siyasiləşdirmək, bu hadisəni törədənləri azadlıq "mücahidi" kimi təqdim etməklə Azərbaycan əlehinə beynəlxalq təşkilatlarda müzakirə etmək üçün faktlar verməyə cəhd edirlər. Azərbaycan müxalifəti çox ciddi deformasiyaya məruz qalıb. Bu günki radikal müxalifət Azərbaycana xidmət edən müxalif qüvvə deyil. Çünki radikal müxalifətdə VƏTƏNƏ , vətənpərvəliyə də münasibət kəskin dəyişib. Buna da səbəb xaricdən gələn antiAzərbaycan qüvvələrin diqtəsindən qaynaqlanan yanaşmadır. Mənəvi-psixoloji burulğanlar girdabında çırpınan bu üzdəniraqların ölkəmizin əleyhinə apardıqları çirkin təbliğat xalq-iqtidar birliyinin sarsılmaz qayasına çırpılaraq darmadağın olur. Cəmiyyətimiz belə düşmən qüvvələrin, antimilli ünsürlərin, Vətən əxlaqını itirənlərin məkrli niyyətlərinə, oynadıqları oyunun hər detalına, mexanikasına yaxşı bələd olduğundan onların bütün məkrli planlarının pozulmasına böyük dəstək verib".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31