Avropa İttifaqından Dağlıq Qarabağ münaqişəsini həll etmək gözlənirsə…
Avropa İttifaqından Dağlıq Qarabağ münaqişəsini həll etmək gözlənirsə…
29 May 2019 15:38 SiyasətBolqarıstan Parlamentinin üzvü: "İki ölkə problemi öz aralarında həll etməlidir"
"Avropa İttifaqından Dağlıq Qarabağ münaqişəsini həll etmək gözlənirsə, bu, çox uzun müddət aparacaq". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisdə keçirilən "Azərbaycan Avropa məkanında" adlı konfransda Bolqarıstan baş nazirinin sabiq müavini, Avropa İttifaqından Dağlıq Qarabağ münaqişəsini həll etmək gözlənirsə Rumen Qoçev deyib. O, qeyd edib ki, problem iki ölkə öz arasında həll etməlidir: "Biz yalnız dini və etnik məsələlər üzərində işi qursaq, nəticə əldə etmək çətin olar. Avropa İttifaqının Rusiyaya qarşı sanksiyası barədə sual verildi. Rusiyaya qarşı sanksiyalar ABŞ-ın təzyiqi ilə qəbul edilib. Almaniya və Fransa mümkün qədər müstəqil siyasət həyata keçirmək istədilər, amma NATO və digər məqamlara görə belə müstəqil siyasət çox çətindir. Yeri gəlmişkən, Bolqarıstanın Azərbaycan və Ermənistanla yaxşı münasibətləri var. İki ölkə problemi öz aralarında həll etməlidir". MM-in komitə sədri Səməd Seyidov isə bildirib ki, Avropada Azərbaycana Almaniya və Fransa arasında ikinci dünya müharibəsindən sonra münasibətlərin çox yaxşı olduğu misal göstərilir: "Ancaq Nünberq prosesindən sonra Almaniya və Fransa qardaş kimi yaşamağa başladılar. Biz Ermənistanla müharibə istəmirik. Biz sülhdən əvvəl ədaləti istəyirik. Avropa isə ədalətdən əvvəl sülhü istəyir. Biz insanlarıq, hisslərimiz var. Ona görə də sülhdən əvvəl bizim Avropanın ədalətinə ehtiyacımız var".