Prezident Milli Məclisə yeni qanun layihəsi göndərdi

Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə "Əmanətlərin tam sığortalanması haqqında" Qanununda dəyişiklik edilməsi barədə layihə Milli Məclisə daxil olub."Olaylar" xəbər verir ki, bu barədə millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov məlumat verib. Deputat bildirib ki, sənədə əsasən, əmanətlərin tam sığortalanması 2020-ci ilin mart ayının 4-ə qədər uzadılır: "Bildiyimiz kimi, əmanətlərin tam sığortalanması barədə qərar 2016-cı il martın 4-dən qüvvəyə minmişdi və bu il martın 4-də qüvvədə olma müddəti yekunlaşırdı. Ancaq bu müddət yenidən 1 il müddətinə uzadılacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31