Radikal siyasi düşərgə uğursuzluq sindromundan çıxa bilmir

Şəhid ruhuna hörmət etməyən siyasi qüvvələrə xalq öz layiqli yerini göstərir

Radikal siyasi düşərgə yenə "on minlərlə" hesablanan elektoratı ilə "meydanlardadır". Yenə sifariş icra etməkdə, yenə ictimai-siyasi sabitliyi pozmaq niyyətində, yenə ölkədə anarxiya, xaos yaratmaq istəyindədirlər. Hər dəfə radikalların bu kimi mənasız və milli maraqlara zidd olan cəhdləri bumeranq effekti verərək özlərinə geri dönsə də, lakin bundan heç bir nəticə çıxarmır, üzləşdikləri uğursuzluq sindromundan qurtula bilmirlər. Heç qurtula da bilməyəcəklər. Çünki bu qüvvələrin cəmiyyət içərisində heç bir sosial bazası, dayağı yoxdur, onlara xalq kütlələri dəstək vermir. Elə yanvarın 19-da "Milli Şura" adlanan qurumun "Məhsul" stadionunda keçirdiyi mitinq də bunu bir daha sübut etdi. Baxmayaraq ki, mitinqin əsas təşkilatçılarından sayılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və onun yaxın ətrafı bu aksiyanı ümumxalq mitinqi kimi qələmə verirdi, ancaq reallıq ondan ibarət oldu ki, xalq hər zaman olduğu kimi bu dəfə də Azərbaycanda sabitliyi pozmağa, ölkədə anarxiya, xaos yaratmağa çalışanlara dəstək vermədi. Elə bu səbəbdən də radikallların ümumxalq mitinqinə heş 3 min nəfər toplaşmadı. Əgər nəzərə alsaq ki, mitinqin keçirildiyi əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və öz peşə fəaliyyətini icra edən kütləvi informasiya vasitələrinin nümayəndələri də təşrif buyurmuşdu, o zaman belə nəticə hasil olar ki, radikal düşərgənin keçirdiyi aksiya iştirakçılarının sayı heç 2 min nəfər olmayıb. Çünki rəsmi rəqəmlərdə 19 yanvar mitinqində 2800 nəfərin iştirak etdiyi bildirilirdi. Mitinqə Əli Kərimli ilə bərabər 10-a yaxın radikal düşərgəyə meyilli partiya və siyasi təşkilatların qoşulduğunu nəzərə alsaq, o zaman belə nəticəyə gəlmək olar ki, hakimiyyət iddiasında olan bu qüvvələrin sosial bazası cəmi 200 nəfərdən ibarətdir. Və bu sosial baza ilə də nə qədər gülməli də olsa hakimiyyətə, ölkəni idraə etməyə iddialıdırlar.

Radikal düşərgənin, xüsusilə də özünü ana müxalifət hesab edən AXCP sədri Əli Kərimlinin heç bir sosial bazaya malik olmadığı yanvarın 31-də Məmməd Əmin Rəsulzadənin büstünü ziyarət zamanı da bir daha təsdiqini tapdı. Cəmi 100 nəfərə yaxın elektoratla Rəsulzadənin büstünü ziyarət edən Kərimli və onun rəhbərlik etdiyi "Milli Şura" bir daha özünü rəzil-rüsvay duruma qoymuş oldu. Bir sözlə Kərimlinin Məmməd Əmin Rəsulzadə faktorundan, adından istifadə etmək, yararlanmaq cəhdi də alınmadı, baş tutmadı.

Radikal siyasi düşərgəyə xalqın, cəmiyyətin hansı səbəbdən dəstək verməməsinə münasibət bildirən politoloq Ramiz Alıyev bunu bir neçə səbəblə əlaqələndirib. O, bildirib ki, ilk növbədə radikallar xaos, anarxiya tərəfdarı olduqları, ölkədə gərginlik yaratmaq istədikləri üçün xalq onlara dəstək vermir: "Azərbaycan vətəndaşı bu gün ölkədə mövcud olan siyasi sabitlikdən, inkişafdan razıdır. Ölkəmizdə olan sabitlik, inkişaf, tərəqqi təkcə ölkə vətəndaşları deyil, eləcə də Azərbaycana səfər edən xarici turistlər tərəfindən də təqdir edilir, alqışlanır. Radikal müxalifəti isə bu inkişafı, sabitliyi həzm edə bilmir, onlar ölkədə gərginlik yaratmaqla hakimiyyətə gəlmək istəyirlər. Ancaq qeyd etdiyim kimi Azərbaycan xalqı bu kimi cəhdləri dəstəkləmir". Ramiz Alıyevin sözlərinə görə, cəmiyyətin müxalifətə dəstək verməməsini şərtləndirən digər amillərdən biri bu gün özlərini ana müxalifət hesab edən qüvvələrin vaxtı ilə hakimiyyətdə olduğu dövrdə Azərbaycanı uçuruma doğru aparmaları ilə bağlıdır: "Yaxın tariximizdə baş verənlər. AXC=Müsavay cütlüyünün hakimiyyətdə olduğu dövrdə ölkəmizin üzləşdiyi problemlər, Azərbaycanı parçalamaq cəhdləri hər kəsə bəllidir. Ona görə də Azərbaycan xalqı yenidən 90-cı illərin aqibətini yaşamamaq üçün radikal siyasi düşərgəyə dəstək vermir". Politoloqun sözlərinə görə, cəmiyyətin "Milli Şura"ya dəstək verməməsinin ən mühüm səbəbələrindən biri də bu siyasilərin heç bir dəyərlərə hörmət etməməsi ilə bağlıdır: "Yanvarın 20-də Əli Kərimli və onun yaxın ətrafının ümumxalq hüzn günü göstərdiyi şou, matəm günündə siyasi gərginlik yaratmaq cəhdi də Azərbaycan xalqı tərəfindən ciddi şəkildə tənqid edilir, qəti şəkildə belə hərəkətlər pislənilir. Əgər bu gün Əli Kərimli vaxtı ilə onların hakimiyyətə gəlməsi üçün canlarından keçən oğul və qızlarımızın ruhuna hörmətsizlik edir, düşünülməmiş hərəkətləri, atdığı iyrənc addımları ilə Şəhid valideynlərinə hörmətsizliklə yanaşır, o cümlədən yüz minlərlə vətəndaşın Şəhidlər Xiyabanını ziyarət etməsinin qarşısını almaq üçün təxribat törətməyə çalışırlar, sabah onların əllərində səlahiyyət olsa hansı oyunlardan çıxarlar? Şəhidinə hörmət qoymayan bir siyasətçinin xalq, millət adından danışması absurddur, yersizdir".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31