Onlayn media parlamentin gündəliyində

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov "Mətbuat Şurası haqqında" və "Onlayn media haqqında" qanun layihələrinin hazırlanmasına ehtiyac olduğunu bildirib: "Bununla bağlı təklifləri bir neçə dəfə səsləndirmişəm. Təkliflərin nəzərə alınması müsbət addım olardı". Deputat Fazil Mustafa da onlayn media ilə bağlı yeni qanun layihəsinin hazırlanmasını təklif edib. Deputat bunu indiki mövcud vəziyyətlə əlaqələndirib: "Hesab edirəm ki, buna indiki dövrdə ehtiyac var və qanun layihəsinin hazırlanması sürətləndirilməlidir". Millət vəkili  Sahib Alıyev isə təklif edib ki, Azərbaycanda sosial şəbəkə ilə bağlı qanun hazırlansın: "Hesab edirəm ki, "Kütləvi İnformasiya Vasitələri haqqında" qanuna da yenidən baxılmalıdır. Sosial şəbəkələrə diqqət yetirəndə görürük ki, burada mənəviyyat terrorçuları meydan sulayırlar, Orduxanlar, Vidadi İsgəndərlilər və s... Bunların fiziki terror törədənlərdən fərqi yoxdur, onlar cəmiyyət üçün qorxulu və təhlükəlidirlər. Bu cür ünsürlərin qarşısı qanunvericilik yolu ilə alınmalıdır. Bu, son dərəcə əhəmiyyətlidir". Deputat Qənirə Paşayeva da "Onlayn media haqqında" qanunun qəbulunu vacib sayıb: Azərbaycan ibformasiya müharibəsi şəraitində yaşayır. Belə bir məqamda onlayn media ilə bağlı qanunun qəbulu yalnız işin xeyrinə olardı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31