Uşaqlar da dəm qazından zəhərlənirlər
1 Fevral 2019 15:45 SiyasətDeputat Elmira Axundova deyib ki, "Azəriqaz" evlərdə yeni sayğaclar quraşdırarkən dəm qazını xəbərdarlıq edən avtomatik xəbərdarlıq aparatları yerləşdirməlidir. Sayğaclar olan evlərdə isə bu aparatların quraşdırılması məcburi olmalıdır. Millət vəkili bildirir ki, son vaxtlar dəm qazından zəhərlənmə və partlayışlar nəticəsində bəzən bir ailə, bəzən uşaqlar dünyasını dəyişir: "Hesab edirəm ki, "Azəriqaz" Bakıdakı bütün tüstü-bacaların, qaz aparatlarının düzgün quraşdırılması ilə bağlı araşdırma aparlmalıdır. Bu tələblərə əməl etməyənlər konkret tədbirlər görülməlidir. Bəzi hallarda "Azəriqaz" əməkdaşları pozuntu aşkarlasa da, sərt tədbirlər görmür, təbii qazın verilişini dayandırmır. Növbəti dəfə aradan qaldırılmasını vətəndaşın ixtiyarına buraxır. Çox zaman isə problem həll edilmir, faciə ilə nəticələnir".