“Bu insanlar isə heç öz kəndlərini belə qoruya bilmədilər”

Millət vəkili Əli Hüseynli deyib ki, radikal müxalifətin “mitinq” keçirmək məqsədi nə Məhəmməd Əmin Rəsulzadənin, nə də 20 Yanvar şəhidlərini anmaqdır. Onların məqsədi iğtişaş yaratmaq, ictimai siyasi sabitliyi pozmaqdır. O, bildirib ki, 2008-ci ildə “Sərbəst toplaşmaq haqqında” qanuna bununla bağlı dəyişiklik edilib və bu dəyişikliklər qanunsuz toplaşmaqla bağlı halların qarşısının alınmasına xidmət edir: “Hüquq mühafizə orqanları da asayişi pozmaq istəyənlərin qarşısını qanunun tələblərinə uyğun şəkildə almağı bacarır.

Millət vəkili Əli Hüseynli deyib ki, radikal müxalifətin "mitinq" keçirmək məqsədi nə Məhəmməd Əmin Rəsulzadənin, nə də 20 Yanvar şəhidlərini anmaqdır. Onların məqsədi iğtişaş yaratmaq, ictimai siyasi sabitliyi pozmaqdır. O, bildirib ki, 2008-ci ildə "Sərbəst toplaşmaq haqqında" qanuna bununla bağlı dəyişiklik edilib və bu dəyişikliklər qanunsuz toplaşmaqla bağlı halların qarşısının alınmasına xidmət edir: "Hüquq mühafizə orqanları da asayişi pozmaq istəyənlərin qarşısını qanunun tələblərinə uyğun şəkildə almağı bacarır. Bunda başqa 2016-cı ilin payız sessiyasında Cinayət Məcəlləsinin 148-1 maddəsinə edilən dəyişikliklərə əsasən, internetdə saxta profillərdən istifadə edənlər üçün cəza tədbirləri müəyyənləşib. Hətta burada saxta profil istifadəçilərinə qarşı azadlıqdan məhrum etmə cəzası da tətbiq edilib. Lakin təcrübə göstərir ki, edilən dəyişiklilərin tətbiqi ilə bağlı müəyyən boşluqlar var". Deputat qeyd edib ki, ölkə prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələri ilə görüşünün ilə xalqımız tərəfindən yüksək qəbul olunduğunu deyən komitə sədri söyləyib ki, amma buna baxmayaraq radikal müxalifət internetdə şəhid ailələrini təhqir edir, dövlət başçısı ilə görüşmələrinə görə onları qınayırlar: "Xalqımız bilməlidir ki, həmin şəxslər hakimiyyətə müxalif deyillər, onlar xalqa, Azərbaycan dövlətinə nifrətlə yanaşırlar. Əgər zamanında heç olmasa öz yaşadıqları ərazini qoruya bilsəydilər bu qədər şəhid verməzdik. Naxçıvan blokada olsa da Ulu Öndər Heydər Əliyev oranı qorudu. Lakin bu insanlar isə heç öz kəndlərini belə qoruya bilmədilər". Deputat Zahid Oruc isə qeyd edib ki, Şəhidlər Xiyabanının aksiya məkanına çevirmək olmaz. Şəhidlər Xiyabanı millətin qürur, and və sükut yeridir: "Həmin məkanı heç bir halda aksiya məkanına çevirmək olmaz. Kimlərsə də bu müqəddəs məkanı aksiya yerinə çevirmək istəyirlərsə, çox böyük səhv edirlər. Onlara da ən böyük cəzanı şəhidlərin ruhu verəcək". Deputat Siyavuş Novruzov qeyd edib ki, bəzi partiyalar Mərkəzi Seçki Komissiyasına hesabat vermirlər. Guya heç birinin maliyyə dövriyyəsi yoxdur. Əslində candüdən, köməkçi saxlayırlar. Millət vəkili bildirib ki, həmin partiyaların maliyyə mənbələri açıqlanmalıdır: "Partiyaların maliyyələşməsi ilə bağlı qaranlıq mənbələr ortaya çıxmalıdır. Bu mənbələr nəticəsində pulla adam tutur, ixtişaş yaradır, aksiya keçirirlər. Bütün bunların mənbəyi həmin şirədidir. Onlara maddi vəsaiti verən tərəf həm də tapşırığını verir. Onlar da vətən, dövlətçilik, xalqına qarşı tapşırığa əməl edir. Bu məsələnin qarşısı qəti şəkildə alınmalıdır". S.Novruzov onu da vurğulayıb ki, xaricdə oturub ermənilərin mənbələrinə işləyənlərə qarşı hamı birlikdə mübarizə aparmalıdır: "Bəzən onlar Milli Məclis haqqında söz deyir,  digər həmkarlarımız yaxasını kənara cəkir ki, söz Siyavuş Novruzova, Bahar Muradovaya, Ziyafət Əsgərovaya deyilir. Onlar bir söz deyirsə  biz 20 dəfə deməliyik. Birlikdə mübarizə aparmalıyıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31