“Rusiya üçün Cənubi Qafqazda ən vacib ölkə Azərbaycandır” – Musa Qasımlı

"Rusiya prezidenti Vladimir Putinin ölkəmizə işgüzar səfəri böyük əhəmiyyət daşıyır". 

Bu sözləri millət vəkili Musa Qasımlı deyib. Millət vəkili bildirib ki, iki ölkə arasında münasibətləri bir sıra amillər şərtləndirir: "Azərbaycanla Rusiya qonşudurlar. Azərbaycanda rus icması var, Rusiyada da azərbaycanlı əhali yaşayır. İqtisadi, mədəni, humanitar sahələrdə fəaliyyət iki ölkəni bir-birinə daha da bağlayır. Ümumiyyətlə, Azərbaycanla Rusiyanı müxtəlif sahələrdə maraqlar birləşdirir". 

M. Qasımlının fikrincə, Putinin ölkəmizə səfəri iqtisadi əməkdaşlığa böyük töhfə verəcək: "Hər şeydən əvvəl münasibətlərin maddi təməli möhkəmlənəcək. Bu səfər bir daha göstərdi ki, Rusiya üçün Cənubi Qafqazda ən vacib ölkə Azərbaycandır. İndiyədək Rusiyada bəzi qruplar və şəxslər Ermənistanı müdafiə edirdilər. Bu səfərdən sonra Rusiya üçün Cənubi Qafqazda ən önəmli ölkənin Azərbaycan olduğunu başa düşəcəklər. Ermənistan Rusiyanın çiyinlərində yükdür. Rusiya Ermənistandan heç bir fayda götürmür. Yalnız Ermənistan Rusiyadan faydalanır. Bununla paralel olaraq, daim Rusiyaya, rus xalqına xəyanət edir, ayağının altını qazır, kürəyinə arxadan bıçaq sancır".

azadinform

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31