“Bu regionlar Azərbaycanla əlaqələri dərinləşdirməyə maraqlıdırlar”
28 Sentyabr 2018 21:04 Siyasət"Azərbaycan təkcə Rusiya ilə dövlət səviyyəsində yox, eyni zamanda Rusiyanın regionları ilə də iki tərəfli müqavilələri var. Bu müqavilələr əsasında münasibətləri həm iqtisadi, həm də humanitar sahədə dərinləşdirir".
Bu fikirləri Milli Məclisin deputatı Rasim Musabəyov deyib. O bildirib ki, Azərbaycanla yanaşı, Rusiyanın da burada maraqları var: "Xüsusilə də Sankt-Peterburq, Moskva, Şimali Qafqazdan Dağıstan, Çeçenistan, Stavropol, Tatarıstan regionları Azərbaycanla əlaqələri dərinləşdirməyə maraqlıdırlar. Ümumiyyətlə, Azərbaycan-Rusiya Regionlararası Forumu iki ölkə arasındakı münasibətlərdə əhəmiyyətli olmasaydı, 9-cu dəfə keçirilməzdi. Bu səbəblə də belə bir Forum baş tutur. Hesab edirəm ki, bu davamlı olacaq".
azadinform
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31