Mnatsakanyan Yaqlandla Qarabağı müzakirə etdi

Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Nyu Yorkda Avropa Şurasının Baş katibi Torbörn Yaqlandla görüşüb.

Bu barədə Ermənistanın XİN-in mətbuat xidməti informasiya yayıb.

Görüş zamanı Mnatsakanyan Dağlıq Qarabağ münaqişəsinə də toxunub. O, Yaqlanda Qarabağ münaqişəsinin həllində Ermənistan tərəfinin mövqeyi və prioritetlərindən bəhs edərək, sülh mühitinin yaradılmasının, atəşkəsin qorunmasının və danışıqlar prosesini inkişaf etdirmək üçün "təcavüzkar ritorikadan imtina edilməsinin" vacibliyini vurğulayıb.

Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31