Elmar Məmmədyarov Qətər və litvalı həmkarları ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Qətər Dövlətinin Baş nazirinin müavini və xarici işlər naziri Şeyx Mohammed bin Abdulrahman Al-Tani və Litva Respublikasının xarici işlər naziri Linas Linkeviçius ilə Nyu Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyasında görüşüb. XİN-dən "Olaylar"a verilən məlumata görə, tərəflər ikitərəfli əməkdaşlıq münasibətləri üzrə geniş fikir mübadiləsi aparıb və BMT Baş Assambleyasının 73-cü sessiyasının gündəliyinin qarşılıqlı maraq doğuran məsələlərini müzakirə ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31