Politoloq: "Rusiya Azərbaycanın maraqlarına olan hörmətini nümayiş etdirdi"

"Azərbaycan-Rusiya münasibətləri daha da yaxınlaşır, ölkə arasında ünsiyyət yüksələn xətlə inkişaf edir".

Bu fikirlər politoloq Fikrət Sadıqov deyib.

Azərbaycanla Rusiya arasında müxtəlif sahələrdə siyasi, hərbi, humanitar, mədəni eləcə də digər sahələrdə yüksək əməkdaşlıq əlaqələrinin olduğunu deyən politoloq bildirib Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri zamanı iki mühüm Bakıda keçirilən Cüdo üzrə Dünya Çempionatında və eləcə də IX Rusiya-Azərbaycan Regionlararası forumda iştirak etməsi buna bariz nümunədir.

Ölkə başçıları arasında keçirilən təkbətək görüşdə aktual məsələlərin müzakirə edildiyini xüsusi qeyd edən F. Sadıqov Rusiya prezidentinin Azərbaycandan sonra Ermənistana səfər etməməsini müsbət amil kimi dəyərləndirib: "Adətən regiona səfər edən dövlət başçıları 3 respublika - Azərbaycan, Gürcüstan, Ermənistanda olurlar. Lakin bu dəfə Ermənistanla müttəfiq olan ölkənin başçısı Ermənistana getmədi. Bunun özü Azərbaycanın xeyrinə olan məsələ, Ermənistana isə bir xəbərdarlıq idi. Bununla da Rusiya Azərbaycanın maraqlarına olan hörmətini nümayiş etdirmiş oldu".

Məlumat üçün nəzərinizə çatdıraq ki, Rusiya prezidenti sentyabrın 27-də Azərbaycana səfər etmişdi. Səfər zamanı Bakıda keçirilən Cüdo üzrə Dünya Çempionatında və eləcə də IX Rusiya-Azərbaycan Regionlararası forumda iştirak edən Rusiya dövlət başçısı ilə Azərbaycan Prezidenti arasında təkbətək görüşü olub.

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31