"Paşinyan beynəlxalq hüququ tanımırsa, beynəlxalq hüquq da Ermənistanı tanımayacaq” - AÇIQLAMA
28 Sentyabr 2018 12:14 Siyasət"Paşinyan və ümumiyyətlə, Ermənistan ilişib Dağlıq Qarabağda qalıb. Bizi də buna sürükləmək istəsələr də, Azərbaycan işğal altında olan torpaqlarını unutmamaq, onları geri almaq şərti ilə iqtisadi, təhlükəsizlik baxımından inkişaf edir, əhalinin sosial vəziyyəti yaxşılaşdırılır".
Bu fikirləri "Olaylar" qəzetinin baş redaktor Yunus Oğuz deyib.
Onun sözlərinə görə, ya Ermənistan gec-tez torpaqlarımızı qaytaracaq, ya da Azərbaycan işğal altındakı ərazilərini zorla da olsa azad edəcək: "Azərbaycanın əraziləri işğal altında olmasına baxmayaraq dayanıqlı inkişafını davam etdirməsi, ölkəmizi Ermənistan fərqləndirən əsas cəhətdir".
Ermənistan baş nazirinin BMT-nin Nyu-yorkda keçirilən sessiyadakı çıxışına toxunan Y. Oğuz söyləyib ki, düşmən ölkə vəziyyəti problemin hərbi yolu ilə həll olunmasına gətirib çıxarır: " Ermənistan elə edir ki, axırda BMT və ABŞ Azərbaycana deyəcək ki, gedin məsələni hərbi yolla həll edin. Azərbaycanda ildırım sürəti ilə torpaqlarını işğaldan azad edəcək".
Hazırdan Paşinyanın danışıqlara getmədiyini deyən baş redaktor qeyd edib ki, onun başı daxili problemlərə qarışıb: "Paşinyan hazırda seçkilərə hazırlaşdığı üçün populist çıxışlar edir. Lakin o anlamır ki, hakimiyyətdə qalmaq üçün Azərbaycanda əlaqələri gücləndirməlidir. Paşinyanın heç bir nüfuzu yoxdur, onun BMT çərçivəsindən heç bir güclü ölkə rəhbəri ilə görüşü olmadır. ABŞ, Fransa və digər güclü dövlətlər ona əhəmiyyət vermir. Əgər o, beynəlxalq normaları tanımırsa, o zaman beynəlxalq hüquq da nə onu, nə də Ermənistanı tanımayacaq".
sia