Tbilisi Qarabağ probleminin həlli üçün vasitəçilik missiyasında çıxış edə bilər? - ŞƏRH
Mübariz Əhmədoğlu: “Dağlıq Qarabağ tənzimlənməsinə Gürcüstanın marağına Ermənistanı ram etmək kontekstindən yanaşılmalıdır”
28 Sentyabr 2018 11:54 SiyasətMübariz Əhmədoğlu: "Dağlıq Qarabağ tənzimlənməsinə Gürcüstanın marağına Ermənistanı ram etmək kontekstindən yanaşılmalıdır"
30 ilə yaxındır ki, davam edən Ermənistanın işğalçılıq siyasəti və bu siyasət nəticəsində meydana gələn Dağlıq Qarabağ probleminin həlli istiqamətində bu günə qədər atılan addımlar, göstərilən təşəbbüslər təəssüflər olsun ki, heç bir nəticə vermir. Münaiqşənin həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunun fəaliyyətə başladığı müddətdən indiyə qədər problemin həlli istiqamətində irəliyə doğru yarım addım belə ata bilməməsi istər-istəməz kənar təşəbbüslərin, münaqişənin həlli ilə bağlı vasitəçilik təkliflərinin irəli sürülmıəsinə gətirib çıxarıb. Zaman-zaman yaxın və uzaq qonşularımız belə bir təşəbbüslə çıxış edib. Yaxud münaqişənin həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qruöuna əlavə dövlətlərin cəlb edilməsi təklifini irəli sürüblər. Paralel olaraq münaqişənin həlli ilə digər beynəlxalq təşkilatların məşğul olmasının vacibliyi vurğulanıb.
Bütün bunlarla yanaşı Dağlq Qarabağ probleminin həlli ilə bağlı fərdi təşəbbüslər də irəli sürülüb. Cənub qonşumuz İran İslam Respublikası dəfələrlə Dağlıq Qarabağ probleminin həllində öz vasitəçilik missiyasını təklif edib. Eyni zamanda qardaş Türkiyə Respublikası bu istiqamətdə fəallıq nümayiş etdirib. Bütün bu təşəbbüslərə işğalçı Ermənistan tərəfi müsbət reaksiya verməsə də, lakin günümüzdə də yaxın və uzaq qonşularımızın Dağlıq Qarabağ probleminin həlli istiqamətində fəallıq göstərdiyi müşahidə edilir. Bu mənada qonşu Gürcüstan da istisan deyil. Təsadüfi deyil ki, son vaxtlar Gürcüstan hökuməti Dağlıq Qarabağ probleminin həlli istiqamətində hərəkətlilik göstərir.
Dağlıq Qarabağ probleminin həlli istiqamətində artan təşəbbüslərə və qonşu Gürcüstanda belə bir niyyətin olmasına münasibətini bildirən Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, poilitoloq Mübariz Əhmədoğlu deyib ki, Dağlıq Qarabağ probleminin həlli Ermənistanın işğalçılıq fəaliyyətinin puça çevrilməsi deməkdir. Onun sözlərinə görə, 30 il külli miqdarda resurs xərclədikdən sonra Dağlıq Qarabağı tərkibinə qoşa bilməyən və ya müstəqil edə bilməyən Ermənistanın Gürcüstanda separatçılıqla məşğul olmaq gücü də tükənəcəkdir:b "Məhz buna görə Gürcüstanın indiki hökuməti Dağlıq Qarabağ tənzimlənməsi ilə məşğul olmağa meyllənib. Dağlıq Qarabağ tənzimlənməsinə Gürcüstanın marağına da məhz Ermənistanı ram etmək kontekstindən yanaşılmalıdır. Bu həm də Gürcüstanın özünün ərazi bütövlüyünə dəstək olacaqdır". Mərkəz rəhbəri hesab edir ki, Gürcüstanın Dağlıq Qarabağ tənzimlənməsində məşğul olmaq üçün müstəsna imkanları mövcuddur. Mübariz Əhmədoğlu bildiirb ki, Gürcüstanda çoxlu sayda (500 min azərbaycanlı, 300 min erməni) azərbaycanlı və ermənin yaşaması, bir-biri ilə normal əlaqədə olması bu müstəsna imkanın əsas tərkib hissəsidir: "Həm də Dağlıq Qarabağda müharibə olacağı təqdirdə bu icmalar Gürcüstanın daxilində vəziyyəti gərginləşdirə bilərlər. Gürcüstanda başa düşürlər ki, Dağlıq Qarabağ probleminin həlli, Azərbaycanın gücünün artması, Ermənistanın isə gücünün zəifləməsinə gətirib çıxaracaq".
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri deyir ki, Gürcüstanda müəyyən qrup Azərbaycanın gücünün artmasının əleyhinə olduğu üçün Ermənistanın zəifləməsinin tərəfdarı deyil: "Amma indi Gürcüstan Ermənistanı zəiflədərək özünün təsiri altına sala bilər və beləliklə B.İvanişvili Gürcüstanı keyfiyyətcə yeni Gürcüstana çevrilir. Bu işdə Dağlıq Qarabağ tənzimlənməsində Gürcüstanın vasitəçilik missiyası çox vacib regional tutuma malik olur. Ermənistanın zəiflətdiyi kimi Gürcüstan Azərbaycandan problemin həllinə yardım etdiyinə görə əlavə divident istəyəcəkdir və ya Azərbaycan özünü Gürcüstanın qarşısında borclu biləcəkdir. Ona görə Q.Marqvelaşvilinin müşaviri T.Pxaladzenin "Gürcüstan Dağlıq Qarabağ tənzimlənməsində vasitəçilik edə bilər" tezisini və bu tezisə B.İvanişvili komandası tərəfindən dərhal reaksiya verilməsini təsadüfi hesab etmirik".
Süleyman