Rusiya Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
27 Sentyabr 2018 17:00 SiyasətRusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycan Respublikasına işgüzar səfəri sentyabrın 27-də başa çatıb.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31