Sərkisyanın əsas adamı Xankəndinə gəlir
27 Sentyabr 2018 16:40 SiyasətErmənistan parlamentinin spikeri Ara Babloyan sabah Azərbaycanın işğal edilmiş bölgəsi olan Xankəndinə gələcək.
Bu məlumatı Ermənistan parlamentinin mətbuat xidməti yayıb. Onun Xankəndidə qondarma rejimin rəhbəri Bako Saakyan və "spiker" Aşot Qulyanla görüşəcəyi bildirilib.
Qeyd edək ki, Babloyan Respublikaçılar Partiyasının üzvüdür. O, Serj Sərkisyanın hakimiyyətdəki əsas dayaqlarından biri sayılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31