Putin Azərbaycanda rus dilinin dəstəklənməsini yüksək qiymətləndirdi

"Rusiya Azərbaycanda rus dilinin hakimiyyəti və cəmiyyəti tərəfindən dəstəklənməsini yüksək qiymətləndirir". 

Rusiya prezidenti Vladimir Putin Bakıda keçirilən Rusiya-Azərbaycan Regionlararası Forumunda çıxış edərkən deyib.

"Biz rus dilinə olan marağı görür və bunu yüksək qiymətləndiririk. Təkcə Azərbaycan vətəndaşlarının rus dilinə olan maraqlarını deyil, həm də dövlətdən, bələdiyyələrdən, şəhərlərdən yardım edildiyinin şahidiyik", - deyə Rusiya prezidenti bildirib.

O qeyd edib ki, Respublikada rus dilini tədris edən 300-dən çox məktəb fəaliyyət göstərir: "Rus dilinin dəstəklənməsi istiqamətində ən mühüm baza isə insanların ürəyində, ağlındadır".

"Ümumiyyətlə, Rusiya və Azərbaycan humanitar əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verir, elmi və tələbə mübadilələrinin sayı artır, yüksək peşəkar kadrların hazırlanması üçün birgə proqramlar hazırlanır. Ölkələrimiz təhsil, mədəniyyət, elm sahəsində əlaqələrini stimullaşdırmaq və genişləndirmək niyyətindədir", - deyə Putin bildirib.

Turizm sahəsində ikitərəfli əlaqələrin inkişafına diqqət çəkən Rusiya prezidenti qeyd edib ki, Xəzərdə birgə dəniz gəzintilərinin inkişaf etdirilməsi planlaşdırılır.

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31