“Putinin Azərbaycana səfəri iqtisadi- siyasi sahədə yeni perspektivlər vəd edir" - Bəhruz Quliyev

“Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumu ilk növbədə ölkələrimiz arasında olan etimadın, dostluq və əməkdaşlıq münasibətlərinin bariz göstəricisidir”. Bu fikirləri “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a sözügedən məsələyə münasibətini bildirərkən deyib.

"Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumu ilk növbədə ölkələrimiz arasında olan etimadın, dostluq və əməkdaşlıq münasibətlərinin bariz göstəricisidir".

Bu fikirləri "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a sözügedən məsələyə münasibətini bildirərkən deyib. 

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri kontekstindən ilk növbədə belə nəticəyə gəlmək olar ki, o, bu münasibətlərin daha da intensivləşməsində, ölkəmizlə bir çox sahələrdə əməkdaşlıq etməsində maraqlıdır və eyni zamanda, Azərbaycan Prezidenti cənab İlham Əliyev də bu çərçivədən çıxış edərək, bütövlükdə regionun inkişafında, onun təhlükəsizliyinin təminatında, həmçinin biznesin, iqtisadi əlaqələrin davamlı olmasında Rusiya ilə yüksək səviyyəli əməkdaşlığı mühüm amil kimi qiymətləndirir: "Əgər nəzərə alarsaq ki, Azərbaycanla Rusiya arasında bir sıra əhəmiyyətli sahələri əhatə edən çoxtərəfli müqavilələr, sazişlər imzalanıb və onların reallaşdırılması istiqamətində bu gün də fəal işlər aparılır, bu zaman hər iki dövlət başçısının Bakı Forumunda birgə iştirakı onun nəticələrinin uğurla davam edəcəyindən xəbər verir". 

"Sevindirici haldır ki, Vladimir Putin səfəri çərçivəsində öz nümayəndə heyəti ilə birgə Rusiyanın aparıcı şirkətlərinin rəhbərlərini də gətirib və bu faktın özü deməyə əsas verir ki, Rusiyanın biznes adamları Azərbaycanla iqtisadi əməkdaşlıq sahəsindəki bir çox prioritet istiqamətlərə inamla baxırlar", deyə vurğulayan siyasi ekspert həmçinin bildirib ki, bu gün Rusiyada da kifayət qədər azərbaycanlı biznesmenlər, şirkət rəhbərləri öz uğurlu fəaliyyətlərini davam etdirirlər: "Ümumiyyətlə, qarşılıqlı təmaslar və prioritet istiqamətlərin gerçəkləşdirilməsi həm Azərbaycan üçün, həm də Rusiya üçün böyük önəm kəsb edir".

Bəhruz Quliyev sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevin Soçidə Rusiyalı həmkarı Vladimir Putinlə görüşünü və orada əldə edilən uğurlu nəticələri də xatırladaraq bildirib ki, bütövlükdə dövlət başçılarının mütəmadi xarakter alan görüşləri regionun təhlükəsizlik mühiti üçün yeni imkanlar açır: "Sirr deyil ki, ümumi regionda həm Rusiya, həm də Azərbaycan aparıcı dövlətlər sırasında dayanır və bu amilin özü də belə qənaətə gəlməyə zəmin yaradır ki, reallaşdırılan layihələr və irəli sürülən təşəbbüslər ölkələrimiz arasındakı sıx təmasları daha da artırır. Xüsusilə, son zamanlar Rusiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki fəaliyyətini də nəzərə alsaq, bu zaman Bakı görüşünün münaqişənin həllinə də öz müsbət təsirlərini göstərə biləcəyini deyə bilərik. Ümumiyyətlə, Rusiyanın eyni zamanda həmsədr ölkə olaraq, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı atdığı addımları müsbət istiqamətə doğru yönələ bilər".

Baş redaktor sonda onu da qeyd edib ki, Rusiya Prezidentinin Azərbaycana səfəri ölkələrimiz arasında yeni iqtisadi, siyasi və s. sahələrin davamlı inkişafında yeni mərhələ olmaqla yanaşı, həm də yeni töhfələrini verəcək.

Ay An

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31