Yəhya Musayev Sudanın Müdafiə Sənayesi Təşkilatının icraçı direktoru ilə görüşüb
27 Sentyabr 2018 14:57 SiyasətSentyabrın 27-də müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev "ADEX-2018" üçüncü Beynəlxalq müdafiə sərgisi çərçivəsində Sudanın Müdafiə Sənayesi Təşkilatının icraçı direktoru, general-mayor Dafa Alla Khamis Alinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə Sənayesi Nazirliyindən "Olaylar"a verilən məlumata görə, görüşdə iki ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlığa və qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparıldı. Nümayəndə heyətinin başçısı "ADEX-2018" sərgisinin yüksək səviyyədə təşkil olunduğunu xüsusi vurğuladı və tədbirə dəvətə görə təşəkkürünü bildirdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31